ABŞ mediası: Türk PUA-ları bacarığını müharibələrdə sübut edib
Bakı, 25 iyul, AZƏRTAC
Bayraktar PUA-larının döyüş meydanındakı uğurları dünya, o cümlədən ABŞ mətbuatında təhlil olunur.
AZƏRTAC TRT telekanalına istinadla xəbər verir ki, ABŞ-ın “Al Monitor” informasiya saytında dərc olunmuş analitik yazıda Türkiyə PUA-larının uğurlarını real qarşıdurmalarda sübut etdiyi vurğulanır. Qeyd olunur ki, dünyanın bir çox ölkəsinə ixrac edilən bu pilotsuz uçuş aparatları müharibə və sülh şəraitində xidməti ilə diqqət çəkir. Türkiyənin müdafiə və aerokosmik ixracatında xüsusi yer tutan PUA-lar, nəhayət Səudiyyə Ərəbistanında da görünməyə başlayıb.
“Baykar pilotsuz təyyarələri Ukraynadan Liviyayadək niyə bu qədər populyardır?” sualına cavab axtaran “Al Monitor” onların Ukrayna, Qarabağ, Liviya, Suriya, İraq, Efiopiya və Somali kimi münaqişə zonalarında istifadə edildiyini xatırladır.
Yazıda, həmçinin vurğulanır ki, Türkiyə PUA-ları ABŞ və digər Qərb istehsalı olan pilotsuz təyyarələrlə müqayisədə daha qənaətcildir. Eyni zamanda, Çin və ya İranda istehsal edilən qeyri-Qərb sistemlərindən üstün olduğunu təsdiqləyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [16:50]
Tramp: ABŞ bu gecə İrana çox sərt zərbələr endirəcək
- 11.06.2026 [16:33]
Fransızların 23 faizi maliyyə səbəblərinə görə tibbi müayinədən imtina edib
- 11.06.2026 [16:18]
Polşada qanunsuz yaşayan 140 əcnəbi saxlanılıb
- 11.06.2026 [15:52]
İran 408 əfqan məhbusu Əfqanıstana təhvil verib
- 11.06.2026 [15:40]
Böyük Britaniyanın müdafiə naziri istefa verib
- 11.06.2026 [15:33]