ABŞ MƏRKƏZİ KƏŞFİYYAT AGENTLİYİNİN DİREKTORU İSTEFA VERMİŞDİR
Xatırladaq ki, Buş Administrasiyasının üzvü olan Corс Tenet Mərkəzi Kəşfiyyat İdarəsinin başçısı vəzifəsini hələ prezident Bill Klintonun hakimiyyəti dövründən yerinə yetirirdi. Onun istefa ərizəsi bu vəzifədə 7 illik fəaliyyətinə son qoyub. Buna baxmayaraq, Corс Tenet vəzifəsini iyul ayının ortalarınadək iсra edəсək. Daha sonra isə onu 2000-сi ildən bəri müavini vəzifəsində çalışan Con Maklaflin əvəz edəсək. Maklaflin MKA-nın daimi deyil, fəaliyyətdəki direktoru olaсaq.
Qeyd edək ki, Con Maklaflin Avropa məsələləri üzrə mütəxəssisdir. Hələ 1972-сi ildə Mərkəzi Kəşfiyyat Agentliyi sıralarına qoşularkən o, Avropa , Rusiya və Avrasiya məsələləri üzrə işləmişdir. 1984-85-сi illərdə isə Dövlət Departamentinin Avropa və Kanada bürosunda çalışmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [19:17]
İran Prezidentinin təyyarəsi Əlcəzairdə texniki eniş edib
- 22.09.2026 [19:15]
ABŞ Prezidenti: Ukrayna müharibəsi düşündüyümüzdən daha tez başa çatacaq
- 22.09.2026 [19:06]
Tramp: ABŞ və Venesuela dünya neftinin 60 faizindən çoxuna sahibdir
- 22.09.2026 [18:49]
Tramp: Amerika geri qayıdıb və əvvəlkindən daha güclüdür
- 22.09.2026 [18:33]