ABŞ Prezidentinin xüsusi nümayəndəsi danışıqlar aparmaq üçün Moskvaya gəlib
Moskva, 13 mart, AZƏRTAC
ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Moskvaya gəlib.
AZƏRTAC xəbər verir ki, ötən gün Rusiya Prezidentinin müşaviri Yuri Uşakovla ABŞ administrasiyasının nümayəndəsi Maykl Vals arasında telefon danışığı olub. Rusiya tərəfinin məlumatına görə, söhbət zamanı müəyyən məlumatlar verilib.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov danışıqların aparılması faktını təsdiqləyib, təmasların planlaşdırıldığını, lakin təfərrüatların sonra məlum olacağını qeyd edib. “Hadisələri qabaqlamayaq, sizə sonra məlumat verəcəyik”, -deyə o bildirib.
Bundan əlavə, D.Peskov qeyd edib ki, Ciddədə aparılan danışıqlardan sonra müxtəlif kanallar vasitəsilə Rusiyaya məlumat ötürmək niyyəti açıqlanıb. Onun sözlərinə görə, bu proses hazırda icra mərhələsindədir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [16:21]
LNG Avropada əsas qaz mənbəyi kimi rolunu gücləndirib
- 10.06.2026 [16:15]
XİN: Çin İran məsələsində atəşkəsin tərəfdarıdır
- 10.06.2026 [15:47]
Tramp İrana yeni zərbələr endirməyə hazır olduğunu bildirib
- 10.06.2026 [15:39]
Pakistanda hərbi helikopter qəzaya uğrayıb, bütün ekipaj həlak olub
- 10.06.2026 [15:09]
İsraildə xərçəngin böyüməsini ləngidən nanohissəciklər yaradılıb
- 10.06.2026 [14:57]