ABŞ Serbiyanın NIS şirkətinə qarşı sanksiyaları təxirə salıb
Belqrad, 27 iyun, AZƏRTAC
ABŞ Serbiyanın “Naftna Industrija Srbije” (NIS) neft şirkətinə qarşı sanksiyaları iyulun 29-dək təxirə salıb.
AZƏRTAC xəbər verir ki, Serbiya tərəfinin sanksiyaların ləğvi ilə bağlı ABŞ Maliyyə Nazirliyinə göndərdiyi rəsmi sorğudan sonra bu qərar qəbul olunub.
Serbiyanın neft sənayesinə qarşı sanksiyalar artıq üçüncü dəfə təxirə salınıb.
Xatırladaq ki, ABŞ Maliyyə Nazirliyi ilin əvvəlində “Naftna Industrija Srbije” şirkətini sanksiya siyahısına daxil edib. Bu addım Rusiyanın enerji sektoruna tətbiq edilən yeni məhdudiyyətlərin bir hissəsi olaraq atılıb.
Serbiya hökuməti 2008-ci ildə NIS şirkətini Rusiyanın “Gazprom Neft” şirkətinə satıb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [15:38]
Avropanın iri şəhərlərində kirayə haqqının maaşda payı nə qədərdir?
- 29.09.2026 [15:28]
Donald Tramp-Si Cinpin görüşü: Böyük jestlər və açıq qalan məsələlər – İCMAL
- 29.09.2026 [15:13]
BMT-nin Baş katibi irqi ayrı-seçkiliklə mübarizəyə çağırıb
- 29.09.2026 [15:02]
Avropa İttifaqının xarici sərhədlərinin təhlükəsizliyi gücləndirilir
- 29.09.2026 [14:52]
Fransada lisey şagirdlərinin etirazları genişlənir
- 29.09.2026 [13:50]