Abşeron Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsi barəsində həbs qətimkan tədbiri seçilib
Bakı, 8 aprel, AZƏRTAC
Abşeron Rayon İcra Hakimiyyəti başçısının Mehdiabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əli Həsənovun qanunsuz əməlləri ilə bağlı keçirilən əməliyyat-axtarış tədbirləri davam etdirilir və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, istintaq zamanı Əli Həsənovun Mehdiabad qəsəbəsində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahələrində fərdi yaşayış evlərinin tikintisinə icazələrin, müxtəlif məzmunlu arayışların verilməsi və ümumi himayədarlıq müqabilində çoxsaylı vətəndaşlardan rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.
Əli Həsənova Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri ilə ittiham elan edilməklə, barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.
İbtidai istintaq davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [16:53]
Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib
- 07.10.2026 [16:24]
Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb
- 07.10.2026 [15:58]
Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib
- 07.10.2026 [15:42]
“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu
- 07.10.2026 [15:35]
Bakı-Qazax yolunda yük avtomobili aşıb, 3 nəfər ölüb
- 07.10.2026 [15:31]