Abşeron rayonunda məişət tullantılarının qalaqlanması ilə bağlı daxil olan şikayət araşdırılıb
Bakı, 11 iyun, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Abşeron rayonunun Ceyranbatan qəsəbəsi ərazisində məişət tullantılarının qalaqlanması ilə bağlı daxil olan şikayəti Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları yerində araşdırıblar.
Departamentdən AZƏRTAC-a bildirilib ki, araşdırma zamanı tullantıların əraziyə Samur-Abşeron Kanalı İstismar və Ceyranbatan Su Təchizatı idarələrinin işçiləri və torpaq mülkiyyətçisi tərəfindən atıldığı məlum olub.
Faktlarla bağlı Samur-Abşeron Kanalı İstismar İdarəsinin nəzarətçisi Aqil Əsgərov, Ceyranbatan Su Təchizatı İdarəsinin nəzarətçisi Tural Rzayev və torpaq mülkiyyətçisi Xudaqulu Məmmədov barəsində protokollar tərtib olunub və qanun pozucuları, ümumilikdə, 2100 manat məbləğində cərimə ediliblər.
Tullantıların ərazidən təmizlənməsi üçün Samur-Abşeron Kanalı İstismar və Ceyranbatan Su Təchizatı İdarələrinə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]