Abşeron yarımadasındakı göllərin ekoloji vəziyyətinin yaxşılaşdırılması ilə bağlı müzakirələr aparılmışdır
Bakı, 27 noyabr (AZƏRTAC). Noyabrın 27-də Ekologiya və Təbii Sərvətlər Nazirliyində “Abşeron yarımadasında mövcud olan göllərin çirklənmə mənbələri və ekoloji bərpası” mövzusunda “Açıq qapı” vətəndaş forumu keçirilmişdir.
Tədbirdə İqtisadi İnkişaf və Səhiyyə nazirliklərinin, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin, Bakı Şəhər İcra Hakimiyyətinin, həmçinin qeyri-hökumət təşkilatlarının və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Vətəndaş forumunda Prezident İlham Əliyevin tapşırığına əsasən Abşeron yarımadasında mövcud olan göllərin çirklənmə mənbələri və ekoloji bərpası, həmçinin su ehtiyatlarının tullantılardan mühafizəsi istiqamətində son illər həyata keçirilmiş tədbirlər barədə məlumat verilmiş və bu sahədə qarşıda duran vəzifələrlə bağlı müzakirələr aparılmışdır.
Tədbirdə ekoloji vəziyyətinin yaxşılaşdırılması üçün ilk növbədə tullantı və lay sularının göllərə axıdılmasının, eləcə də ətraf ərazilərin bərk məişət və sənaye tullantıları, neft məhsulları ilə çirkləndirilməsinin qarşısının alınmasının vacibliyi vurğulanmışdır.
Eyni zamanda, su ehtiyatlarının mühafizəsi, tullantı sularının idarə olunması sahəsində mövcud problemlərin aradan qaldırılması məqsədilə qarşılıqlı əməkdaşlığın gücləndirilməsinin və əhali arasında maarifləndirmə işlərinin aparılmasının zəruriliyi qeyd olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.06.2026 [13:02]
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb
- 13.06.2026 [12:47]
Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq
- 12.06.2026 [18:51]
Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA
- 12.06.2026 [15:31]
Qəbələdə zəlzələ olub
- 12.06.2026 [12:47]
Sabah Bakıda hava əsasən yağmursuz keçəcək, bəzi rayonlarda yağış yağacaq
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]