ACARISTAN SEÇKİLƏRƏ HAZIRLAŞIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, iyunun 20-də Acarıstan Ali Sovetinə seçkilər keçiriləcəkdir. Gürcüstan Mərkəzi Seçki Komissiyası seçkilərin demokratik və ədalətli keçirilməsi üçün bütün imkanlardan istifadə etməyə çalışır. Avropa Şurası Konqresi seçkilərdə iştirak etmək üçün Gürcüstana Cozef Merqomun başçılığı ilə müşahidəçilərini ezam etmişdir. C.Merqom iyunun 17-də Tbilisidə jurnalistlərlə görüşmüş, Acarıstanda seçkilərin demokratik və heç bir pozuntuya yol verilmədən keçiriləcəyinə əmin olduğunu bildirmişdir.
Avropalı müşahidəçilər MSK-nın, dairə seçki komissiyalarının, siyasi partiyaların rəhbərləri və deputatlığa namizədlərlə görüşəcəklər.
Seçkilərin ertəsi günü - iyunun 21-də Avropa Şurası Konqresi müşahidəçilərinin Batumidə xüsusi mətbuat konfransı keçirəcəyi planlaşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [22:44]
Zelenski: ABŞ Prezidentinin köməyi ilə qışa qədər müharibə başa çata bilər
- 22.09.2026 [22:35]
Tramp: Putin və Zelenski müharibənin başa çatmasını istəyirlər
- 22.09.2026 [22:16]
ABŞ Prezidenti: İranla görüş çox yaxşı keçdi
- 22.09.2026 [20:15]
Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
- 22.09.2026 [20:14]