“ADEX-2024”ün ziyarətçisi: Xüsusilə yerli istehsal olan silahlar diqqətimi cəlb etdi
Bakı, 26 sentyabr, AZƏRTAC
“Mən bu sərgidə artıq ikinci dəfədir ki, iştirak edirəm. Builki sərgi mənim üçün əvvəlkindən daha fərqli oldu. Burada bir çox qabaqcıl texnologiyaları, hərbi avadanlıqları və müdafiə sistemlərini görmək imkanı əldə etdim. Xüsusilə yerli istehsal olan silahlar, hərbi texnika və avadanlıqlar diqqətimi cəlb etdi”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında “ADEX-2024” 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi”ndə ziyarətçi qismində iştirak edən Şəfa İsmayılova deyib.
Ş.İsmayılova bildirib ki, müxtəlif ölkələrdən gələn şirkətlərin təqdim etdiyi texnologiyalar da olduqca maraqlı idi: “Hərbi sənaye ilə bağlı trendlərdən xəbərdar olmaq üçün bu, əvəzolunmaz bir fürsət idi. Sərgini ziyarət etdiyimə görə çox məmnunam. Belə sərgilər Azərbaycanın hərbi qüdrətinin və beynəlxalq əməkdaşlığının inkişafına töhfə verəcəyinə əminəm”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [12:00]
Vətən müharibəsinin xronikası: 29 sentyabr
- 27.09.2026 [22:28]
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
- 27.09.2026 [20:04]
Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub
- 27.09.2026 [09:00]
27 Sentyabr – Böyük Qələbəyə yol açan tarixi gün
- 25.09.2026 [20:02]
Üç ölkənin hərbi qulluqçuları taktiki fəaliyyətləri yerinə yetiriblər
- 25.09.2026 [17:30]