Azərbaycan Dövlət İnformasiya Agentliyi

ADEX sərgisi beynəlxalq hərbi əməkdaşlıq üçün səmərəli platforma rolunu oynayır

Bakı, 2 oktyabr, Rabil Kətanov, AZƏRTAC

Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin təşkilatçılığı və “Caspian Event Organisers” şirkətinin dəstəyi ilə sentyabrın 24-26-da “Bakı Ekspo Mərkəzi”ndə “ADEX-2024” 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və “Securex Caspian” 14-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi keçirildi. Sərgilərdə 40 ölkədən 270 şirkət iştirak etdi. İştirakçılar arasında ABŞ, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Bolqarıstan, Böyük Britaniya, Çexiya, Çin, İspaniya, İsrail, İtaliya, Litva, Macarıstan, Pakistan, Qətər, Rusiya Federasiyası, Serbiya, Sinqapur, Slovakiya, Türkiyə, Ukrayna kimi ölkələrin olması sərgiyə böyük marağın göstəricisidir.

Ümumiyyətlə, sərgiyə dünyanın 27 ölkəsindən 53 yüksək səviyyəli rəsmi nümayəndə heyəti və 200-dən artıq qonaq qatıldı ki, bu da ADEX-in hərbi sənaye sahəsində mühüm platformalardan biri olduğunu nümayiş etdirir. Bu il Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilk dəfə olaraq sərgidə öz stendi ilə iştirak etdi.

Sərginin açılış mərasimində çıxış edən Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayev yeni texnologiyaların müdafiə sənayesinə tətbiqinin səmərəsindən danışıb və ADEX-in təcrübə mübadiləsi üçün mühüm platforma olduğunu diqqətə çatdırıb.

Xatırladaq ki, pilotsuz sistemlərin, hərbi nəqliyyat vasitələrinin, hərbi mühəndislik sistemlərinin, hərbi aviasiya ləvazimatlarının, hərbi ali təhsil müəssisələrinin, laboratoriyalarının stendlərinin, optik-elektron cihazların, kimyəvi və bioloji silahlardan müdafiə sistemlərinin, gecə görmə cihazlarının, hərbi geyimlərin, müxtəlif silah və sursatların sərgiləndiyi ADEX-də ilk dəfə olaraq kibertəhlükəsizliklə bağlı stend yaradılmışdı və yeni texnologiyalara əsaslanan məhsullar, proqramlar nümayiş olundu. Azərbaycanın hərb tarixi muzeyinin “Zəfərimiz anbaan” maket-stendi iştirakçıların xüsusi marağına səbəb oldu.

Sentyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub, ölkəmizin “Azərsilah”, Türkiyənin “Roketsan”, Belarusun “Belspetsvneştexnika”, Serbiyanın “Yugoimport-SDPR” şirkətlərinin istehsal etdiyi məhsullarla baxıb.

“ADEX-2024” və "Securex Caspian" sərgiləri çərçivəsində bir sıra görüşlər də baş tutub. Belə ki, Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayev Türkiyənin milli müdafiə naziri Yaşar Gülər, İsrailin Müdafiə Nazirliyinin SİBAT təşkilatının Baş direktorunun müavini xanım Şahar Horev Rahela və Regional direktoru xanım Yana Şerman, Rumıniyanın İqtisadiyyat, Sahibkarlıq və Turizm Nazirliyinin aparatının rəhbəri Rizvan Pirkilibesku, Pakistanın müdafiə istehsalatı nazirinin müavini Muhammad Çiraq Hayderin və Serbiyanın müdafiə nazirinin köməkçisi Nenad Miloradoviçin başçılıq etdiyi nümayəndə heyətləri, Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq Federal Xidmətinin direktoru Dmitriy Şuqayev, “Rosoboroneksport” şirkətinin Baş direktoru Aleksandr Mixeyev, həmçinin Çinin CPM İEC şirkətinin rəhbər şəxsləri ilə görüşüb. Görüşlərdə ölkələrimiz arasında ölkələrimiz arasında hərbi-texniki sahədə əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib, müdafiə sənayesi üzrə əməkdaşlığın inkişafının zəruriliyi vurğulanıb, beynəlxalq müdafiə sərgilərində qarşılıqlı iştirakın əhəmiyyətindən bəhs olunub.

“ADEX”-lə paralel təşkil edilən “Securex Caspian” sərgisində isə hüquq-mühafizə, sərhəd, xilasetmə, yanğınsöndürmə və xüsusi xidmət orqanları üçün ləvazimatların, kompleks mühafizə sistemlərinin və silahların perspektivli modelləri nümayiş olunub.

Bu sərgiyə Azərbaycanın Müdafiə Sənayesi, Daxili İşlər, Fövqəladə Hallar nazirlikləri, Dövlət Təhlükəsizliyi, Dövlət Sərhəd xidmətləri və ilk dəfə Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Xidməti tərəfindən dəstək göstərilib. 2024-cü ildə ilk dəfə olaraq Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Xidməti “Securex Caspian” sərgisində stendlə iştirak edib.

Sərgi çərçivəsində Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayev Birləşmiş Ərəb Əmirliklərinin “İnternational Golden Group” şirkətinin icraçı direktoru Fadel Saif Əl Kaabinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Danışıqlar zamanı iki ölkə arasında hərbi-texniki sahədə əməkdaşlığın perspektivləri müzakirə olunub, qarşılıqlı maraq doğuran digər məsələlərə dair geniş fikir mübadiləsi aparılıb. Həmin gün müdafiə sənayesi nazirinin müavini Hidayət Əzimov Türkiyənin "Makine ve Kimya Endüstrisi" və Qətərin "Barzan Holdings" şirkətlərinin nümayəndə heyətləri ilə görüşüb. Görüşlərdə hərbi-texniki sahədə əməkdaşlığın inkişafı haqqında müzakirələr aparılıb, beynəlxalq sərgilərdə fəal iştirakın əhəmiyyəti vurğulanıb.

Sərginin sonuncu günü - sentyabrın 26-da bir sıra görüşlər keçirilib və sənədlər imzalanıb. Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyəti ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi arasında birgə fəaliyyətlərin həyata keçirilməsi və qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Memorandum qurumlar arasında öz səlahiyyətləri daxilində fəaliyyət sahələrinə uyğun olaraq qarşılıqlı faydalı, uzunmüddətli, səmərəli əlaqələrin qurulması və inkişafı üçün əməkdaşlıq etmək, həmçinin bu istiqamətdə fəaliyyətlərinin koordinasiyasının təşkili məqsədi daşıyır.

Müdafiə sənayesi naziri Vüqar Mustafayev sərgilər çərçivəsində Belarus Respublikası Dövlət Hərbi Sənaye Komitəsinin sədri Dmitri Pantusun başçılıq etdiyi nümayəndə heyəti ilə müzakirələr aparıb. Sonda Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutu ilə Belarusun Dövlət Xarici Ticarət Unitar Müəssisəsi - “Belspesvneştexnika” arasında Anlaşma Memorandumu imzalanıb.

Sərgiləri çərçivəsində Müdafiə Sənayesi Nazirliyi (MSN) və tabeli qurumları ilə bir sıra xarici dövlət təşkilatları və özəl şirkətlər arasında sənədlər imzalanıb. Sənədlərdə MSN ilə Türkiyənin Müdafiə Sənayesi Komitəsi, Milli Aerokosmik Agentliyi ilə Türkiyənin “Aselsan” şirkəti arasında hərbi-texniki əməkdaşlıq sahəsində əlaqələrin genişləndirilməsini nəzərdə tutulub.

Qeyd edək ki, 2024-cü ildə “ADEX” və “Securex Caspian” sərgilərinin miqyası əvvəlki illərlə müqayisədə əhəmiyyətli dərəcədə genişlənib. Artırılmış sərgi sahəsi Bakı Ekspo Mərkəzinin bütün ərazisini - yeni 4-cü pavilyonu və açıq sahəni əhatə edib.

Sərgidə ilk dəfə Müdafiə Nazirliyinin stendində müasir silah sistemləri və xüsusi təyinatlı qüvvələrin təchizatı, eləcə də Milli Müdafiə Universitetinin tabeliyində olan xüsusi təyinatlı təhsil müəssisələri haqqında ətraflı məlumat təqdim edilib. Budəfəki “ADEX”də 2024-cü ildə istehsal olunan yerli ITX-15 M və ITX-20 H zirehli transportyorları sərgi iştirakçılarının diqqətini çəkib.

Bu sərgidə ilk dəfə azərbaycanlı mühəndislər tərəfindən istehsal olunan "Turan-1" silahı, “KALAN” suüstü dronu və AH 12,7 millimetrlik ağır pulemyot ilk dəfə təqdim edildi.

Bundan əlavə, Türkiyənin “ADEX-2024” və “Securex Caspian” sərgilərində 50 müdafiə sənayesi şirkəti ilə təmsil olunması də qardaş ölkənin hərbi-sənaye potensialının daha bir beynəlxalq nümayişi oldu.

ADEX çərçivəsində müdafiə naziri general-polkovnik Zakir Həsənov qazaxıstanlı həmkarı general-polkovnik Ruslan Caksılıkov ilə görüşdü. Görüşün nəticəsi olaraq 2025-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq planı və müdafiə universitetləri arasında memorandum imzalandı.

Zakir Həsənovun italiyalı həmkarı Qvido Krozett ilə görüşündə isə Azərbaycan ilə İtaliya arasında hərbi və hərbi-texniki sahələrdə əməkdaşlıq müzakirə olundu, ikitərəfli əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı.

Bir sözlə, bu sərgilər müasir hərbi texnologiyaların və avadanlıqların, o cümlədən Azərbaycanın müdafiə sənayesi kompleksinin gücünü və qüdrətini bir daha nümayiş etdirdi. Onlar, eyni zamanda, yeni ticarət əlaqələrinin qurulmasına və genişlənməsinə şərait yaratdı.

Qeyd edək ki, nüfuzlu beynəlxalq toplantıların, müdafiə və təhlükəsizlik üzrə sərgilərin, eləcə də digər tədbirlərin Azərbaycanda keçirilməsi dövlətimizə olan etibarın və etimadın, ölkəmizin artan nüfuzunun göstəricisi olmaqla yanaşı, müdafiə qüdrətimizin daha da artırılması, təhlükəsizliyimizin təmin olunması məsələlərinə müsbət töhfələr verir.

Xatırladaq ki, ilk “ADEX” sərgisi 2014-cü ildə keçirilib. İki ildən bir keçirilən sərgi bu il 5 illik yubileyini qeyd etsə də, artıq 10 ildir fəaliyyət göstərir və ildən-ilə iştirakçı siyahısını və əhatə etdiyi sektorları genişləndirir. Sərgi 10 illik uğurlu fəaliyyəti ərzində dünyanın 50-dən artıq ölkəsini təmsil edən çoxsaylı şirkətləri və 200-ə yaxın rəsmi nümayəndə heyətini bir araya gətirib.

Beşinci dəfə təşkil olunan “ADEX” Azərbaycanda və regionda müdafiə sənayesi və təhlükəsizlik sahəsində mühüm hadisədir. Bu genişmiqyaslı tədbir regionda ən böyük hərbi texnika ekspozisiyalarından biri olmaqla yanaşı, Azərbaycanın müdafiə sənayesi kompleksinin gücünün və qüdrətinin nümayişidir. “ADEX” sərgisi qabaqcıl texnologiyaların təqdimatı, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və ölkənin müdafiə sənayesinin inkişafı üçün səmərəli platforma rolunu oynayır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 358-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 16 mart tarixli 622 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Fernando Alonso “Aston Martin”lə müqaviləsinin müddətini uzadıb

Şahlar Şərifov: Nizami yaradıcılığı gənclər üçün mühüm düşüncə mənbəyidir

AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub

Azərbaycan, Türkiyə və Özbəkistan təlimləri: hərbi əməkdaşlığında yeni mərhələ - ŞƏRH

Azərbaycan məhsulları Ciddədə “The Saudi Food Show 2026” sərgisində nümayiş olunur

Avropanın iri şəhərlərində kirayə haqqının maaşda payı nə qədərdir?

Milli yaddaşın memarlıq dili: Şəhidlərin xatirəsi və Zəfərin əbədiyyəti

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir

Donald Tramp-Si Cinpin görüşü: Böyük jestlər və açıq qalan məsələlər – İCMAL

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyəcək və gənclərin arasından seçim edəcək

AZAL Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi təkliflər təqdim edir

Sürücülər üçün keçirilən imtahanda 353 namizəd tələb olunan şərtləri ödəyib

BMT-nin Baş katibi irqi ayrı-seçkiliklə mübarizəyə çağırıb

Türk Dövlətləri Mühasibat və Audit Peşə və Tənzimləyici Qurumları Birliyinin yaradılması iqtisadi inteqrasiyanı gücləndirəcək - MÜSAHİBƏ

Cənub-Şərqi Avropanın biznes və texnologiya liderləri Buxarestdə bir araya gəlib

Azərbaycana sərmayələrin artması ölkədəki iqtisadi sabitliyi göstərir ŞƏRH

Avropa İttifaqının xarici sərhədlərinin təhlükəsizliyi gücləndirilir

Nərgiz Cabbarlı: Xaqani irsinin daha dərindən tədqiqinə və geniş təbliğinə ehtiyac var

Azərbaycan nümayəndə heyəti Çində pambıqçılıqda innovativ əkin və avtomatlaşdırılmış yığım texnologiyaları ilə tanış olub

Fransada lisey şagirdlərinin etirazları genişlənir

HTP qalibi: Mərakeşdə psixologiya üzrə təhsil alacaq ilk azərbaycanlı tələbə olacağam

Naxçıvanda alternativ və bərpaolunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalı artıb

Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub

Xızı və Şabranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub

Kreml: Rusiya İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxmayacağına ümid edir

Üçrəngli Bayrağımızı Talış kəndində sancan şəhid

Azərbaycanlı sürrealist rəssamın əsərləri İspaniyanın "People Art Factory" layihəsində

Millinin futbolçusu: Şotlandiya ilə oyunda xal və ya xallar qazanmaq üçün əlimizdən gələni edəcəyik

Tədqiqatçılardan xəbərdarlıq: İnformasiya müxtəlifliyi azala bilər

Sərdar Ünsal: 44 günlük Vətən müharibəsi Azərbaycan tarixinin qəhrəmanlıq salnaməsidir

Kimya İnstitutunda hidrogen enerjisi və yeni nəsil materiallar üzrə tədqiqatlar aparılır

Qlobal investorların İkinci Beynəlxalq Forumda iştirakı ölkəmizin investisiya mühitinə etimadı artırır

Avropada qaz anbarlarının doluluq nisbəti ilin bu dövrü üçün ən aşağı səviyyədədir

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Qazaxıstan ordu haqqında sosial şəbəkələrdə yayılan feyk kadrları təkzib edib

® Gömrük və səhiyyə işçilərinin davranış standartları barədə danışılıb

Soner Kılıç: Azərbaycan-Türkiyə turizm əməkdaşlığının genişləndirilməsi yeni iqtisadi imkanlar yaradır

Bu il su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması istiqamətində görülmüş işlər açıqlanıb

Fransanın keçmiş Baş nazirinə şərti həbs cəzasının verilməsi istənilib

Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb

Süni mayalanma və embrion köçürülməsi ilə əldə edilən buzov və balağlara görə yeni subsidiya mexanizmi tətbiq olunur

FIFA prezidenti Bakıda U-15 dünya çempionatı və festivalına hazırlıq işləri ilə tanış olub

Bakı ilk dəfə CAMCA Regional Forumuna ev sahibliyi edəcək

Azərbaycanın investor rolunun güclənməsi xarici siyasət üçün də əlavə alətlər yaradır - ŞƏRH

Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO

Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO

Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA

Azərbaycan dili Sofiyada keçirilən Dillər Yarmarkasında təqdim olunub

Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib VİDEO

Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib VİDEO

Paytaxtın bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

AZAL-ın ixrac gəlirləri açıqlanıb

® Azərbaycanın kibertəhlükəsizlik üzrə komandası ilk dəfə “WorldSkills Shanghai 2026”da medal qazanıb

Dayanıqlı inkişaf və gələcəyin yaşıl şəhərləri: BDU-da gənclərin forumu

Professor: Tədqiqatların real sektora tətbiqi üçün əlaqələndirici mexanizmlərin gücləndirilməsinə ehtiyac var

“AzərEnerji”nin ixrac gəlirləri 66 faiz artıb

“AzerGold”un ixrac gəlirləri 22 faiz artıb

NTD üç yerli basketbolçu transfer edib

Azərbaycanın qızıl ixracından gəlirləri 29 faizədək artıb

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır VİDEO

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır VİDEO

Gömrük əməkdaşları 4 milyon dollarlıq brilyant qaşların Azərbaycana qanunsuz gətirilməsinin qarşısını alıb

Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq

BDU-da tələbələr üçün CPR və ilkin yardım üzrə sessiya təşkil edilib

Vətən müharibəsi Azərbaycanın beynəlxalq nüfuzunu yeni mərhələyə qaldırdı - ŞƏRH

SOCAR-ın idarəsi 207 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edib

Argentina Folklend adalarında neft kəşfiyyatı aparan Britaniyanı məhkəməyə verəcək

“Azərkosmos”un ixrac gəlirləri 1,5 dəfə artıb

Gənc alim: Çin-Azərbaycan ədəbi əlaqələri humanitar dialoqun dərinləşdirilməsinə töhfə verir

“SOCAR Polymer”in ixrac gəlirləri açıqlanıb

Fransada dövlət sektorunda ümummilli tətil keçirilir

Mövcud potensialı daha çox qeyri-neft sektoruna yönəltmək iqtisadi şaxələndirməni sürətləndirəcək - ŞƏRH

Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətlərinə cəlb olunmaları üçün ölkəmizə gətirilib

NİİM: Dalğa küçəsində işıqforun vaxt planı dəyişdirilib

Akşin Əlili: Sudaboğulma hadisələri qeyri-çimərlik ərazilərində baş verib

ADA Universitetində şanlı Zəfər tariximiz “Zəfər rəqsi” filminin nümayişi ilə anılıb

UEFA Millətlər Liqası: Azərbaycan – Lixtenşteyn oyunu avstriyalı hakimlərə tapşırılıb

Bu il subasma səbəbindən köməksiz vəziyyətdə qalan 1351 vətəndaş təxliyə olunub

Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib VİDEO

Türkiyənin TPAO şirkəti gündəlik neft hasilatını 1 milyon barelə çatdırmağı planlaşdırır

Dizelin qiymətindəki artım istehsal və daşınma zəncirinin bütün mərhələlərinə təsir göstərir

Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar

Bu il FHN-in xilasetmə qurumları tərəfindən 64 nəfərin cəsədi suda tapılıb

Azərbaycan və Qazaxıstan beynəlxalq təhsil proqramları sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycanın maliyyə bazarlarının beynəlxalq maliyyə sisteminə inteqrasiyasının təşviqi nəzərdən keçirilib

Məhəmməd Qalibaf: İran neft sata bilmirsə, regionda heç bir ölkə bunu edə bilməyəcək

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 29 sentyabr

“Xalqın Gücü” partiyasının üzvü: Dünya Bankı və AİİB Orta Dəhliz çərçivəsində Gürcüstana yüz milyonlarla dollar ayırır

Lənkəranda sahibkarlara istehlakçı hüquqlarının təmin edilməsi ilə bağlı qanunvericiliyin tələbləri izah olunub

TÜMER sədri: Azərbaycan Türk dünyasının birliyinin əsas aktorlarından biridir

Dövlət Xidmətinin rəsmisi: Bu il su hövzələrində xilas edilənlərin sayı artıb

Azərbaycanda “Cisco” akademiyasının yaradılması nəzərdən keçirilir

Afrika Millətlər Kuboku üçün alternativ ev sahibləri axtarılır

“Open AI” təhlükəsizlik problemi səbəbindən süni intellektin yeni modelinin buraxılışını təxirə salıb

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı regionların sosial-iqtisadi inkişafına yeni imkanlar açacaq - ŞƏRH

“Cənubi Qafqazın Mesopotamiyası”nda – Muğanda yeni tapıntılar aşkarlanıb VİDEO

“Cənubi Qafqazın Mesopotamiyası”nda – Muğanda yeni tapıntılar aşkarlanıb VİDEO

İran Hörmüz boğazının açılması ilə bağlı ABŞ-dən cavab gözləyir

BMT: Maliyyə böhranı 8,3 milyon qaçqın və məcburi köçkünü yardımdan məhrum edə bilər

NASA “Boeing Starliner” kosmik gəmisinin pilotlu uçuşunu 2028-ci ilə planlaşdırır

Türkiyənin yerli smartfonu gələn il satışa çıxarılacaq