AFFA-nın Apellyasiya Arbitraj Tribunalı II Liqa klubunun şikayətini təmin etməyib
Bakı, 11 aprel, AZƏRTAC
AFF-nın Apellyasiya Arbitraj Tribunalı II Liqada çıxış edən “Haypers Quba” komandasının prezidenti Ayaz Abdullayevlə bağlı verilən apellyasiya şikayətini təmin etməyib.
AZƏRTAC AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, İntizam Komitəsinin “Ağdaş”la keçirilmiş XIX tur oyunu bitdikdən sonra A.Abdullayevin hakimi təhqir etdiyinə görə 3-ü şərti olmaqla, 5 oyun cəzalanması və klubun 400 AZN məbləğində cərimə olunması və şərti cəzaya dair 3 ay sınaq müddəti təyin olunması barədə qərarı dəyişdirilməyib.
Maraqlı tərəf Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) Beynəlxalq İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət vermək hüququna malikdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]
Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb
- 29.09.2026 [16:05]