AFİNADA ƏCNƏBİ TURİSTLƏR ÜÇÜN HƏBSXANA AÇILACAQ
Nazir demişdir: “Avqustda, Olimpiadanın keçirildiyi günlərdə Afinada bir milyondan çox əcnəbi olacaq və onların arasında qanun pozucularının olmayacağını düşünmək sadəlövhlükdür. Biz ABŞ-ın ölkəmizdəki köhnə hərbi bazasının ərazisində onlar üçün müvəqqəti saxlanma və ilkin həbs mərkəzi yaratmışıq”.
A.Papaliquras qeyd etmişdir ki, həbsxanada şərait yaxşı olacaqdır. O, 250-dək adam tuta biləcəkdir. Qanun pozucuları orada cəmi bir neçə gün qalacaq, sonra isə öz ölkələrinə göndəriləcəklər.
Nazir vurğulamışdır ki, əcnəbilər üçün həbsxana yaradılması zəruridir, çünki ölkənin dustaqxanaları acınacaqlı vəziyyətdədir və orada nəzərdə tutulduğundan iki dəfə çox məhbus saxlanılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [22:44]
Zelenski: ABŞ Prezidentinin köməyi ilə qışa qədər müharibə başa çata bilər
- 22.09.2026 [22:35]
Tramp: Putin və Zelenski müharibənin başa çatmasını istəyirlər
- 22.09.2026 [22:16]
ABŞ Prezidenti: İranla görüş çox yaxşı keçdi
- 22.09.2026 [20:15]
Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
- 22.09.2026 [20:14]