Afrikada COVID-19-a yoluxanların sayı 400 mini keçib
Qahirə, 1 iyul, AZƏRTAC
Afrika qitəsində COVID-19-a yoluxanların sayının 407 min nəfərə çatdığı bildirilir. “Africafeed” portalının məlumatında qeyd olunur ki, indiyədək 10 mindən çox afrikalı xəstəlikdən vəfat edib.
AZƏRTAC xəbər verir ki, Afrikanın iki ən böyük ölkəsi - Misir və Cənubi Afrikada yeni növ koronavirusa yoluxma halları artmaqda davam edir. Hər iki ölkənin Səhiyyə nazirlikləri son sutka ərzində pandemiya ilə əlaqədar son vəziyyəti açıqlayıb. İyunun 30-da Misirdə 1557 yoluxma, 81 ölüm faktı qeydə alınıb. Bu ölkədə COVID-19-a yoluxanların ümumi sayı 68 mini ötüb, 3 minə yaxın pasiyent isə vəfat edib. Cənubi Afrika Respublikasında isə 150 mindən çox yoluxma, 2650 ölüm faktı qeydə alınıb.
Qitənin digər ölkələrində də COVID-19-da yoluxanların sayı artır. Ümumdünya Səhiyyə Təşkilatı COVID-10-la yanaşı, həm də Ebola virusu, humanitar fəlakət və silahlı münaqişələrlə mübarizə aparan Afrika ölkələrinə daha çox yardım göstərilməsi barədə müraciət yayıb.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [16:24]
Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb
- 07.10.2026 [15:41]
Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb
- 07.10.2026 [15:02]
Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb
- 07.10.2026 [15:01]
Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb
- 07.10.2026 [14:58]
Çexiya Aİ-nin SAFE müdafiə mexanizmi çərçivəsində ilk maliyyə tranşını alıb
- 07.10.2026 [14:52]