Afrikada COVID-19-a yoluxanların sayı 4 milyonu ötüb
Qahirə, 9 mart, AZƏRTAC
Afrika qitəsində COVID-19-a yoluxanların ümumi sayı 4 milyonu ötüb. Rəsmi məlumatlara görə, pandemiya dövründə Afrika ölkələrində 106 279 nəfər yeni növ koronavirusdan həyatını itirib.
Pandemiyanın ən çox yayıldığı Cənubi Afrika Respublikasında indiyədək 1 milyon 521 min nəfər COVID-19-a yoluxub, 50 803 pasiyent isə ölüb. Yoluxma sayına görə sonrakı yerləri Mərakeş (486 325 nəfər), Tunis (238 min nəfər), Misir (188 min nəfər) tutur. COVID-19-dan ölüm hallarına görə Cənubi Afrikadan sonra ən ağır vəziyyət Misirdə (11 100 pasiyent), Mərakeşdə (8683 pasiyent) və Tunisdədir (8280 pasiyent).
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [20:15]
Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
- 22.09.2026 [20:14]
Türkiyə Prezidenti: BMT Təhlükəsizlik Şurasında mütləq islahat aparılmalıdır
- 22.09.2026 [19:36]
BMT-nin Baş katibi: İqlim təhlükələri realdır, lakin ümid də var
- 22.09.2026 [19:17]