Ağır atletika üzrə yığma komandamız təlim-məşq toplanışını davam etdirir
Bakı, 12 iyul, AZƏRTAC
Ağır atletika üzrə yeniyetmə oğlanlardan ibarət yığma komandamızın növbəti təlim-məşq toplanışı davam edir.
Azərbaycan Ağır Atletika Federasiyasından AZƏRTAC-a bildirilib ki, millimiz iyunun 3-dən Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında qarşıdakı yarışlara Asif Məmmədov və köməkçilərinin rəhbərliyi altında hazırlıq keçir. Komandanın əsas hədəfi sentyabrın 22-30-da Kosovoda keçiriləcək Avropa birinciliyi, həmçinin digər yarışlarda uğurlu çıxışdır.
Yığma həftədə 5 dəfə olmaqla gündə iki dəfə intensiv məşqlər keçir. Yeniyetmə atletlər bütün şəraitlə - qidalanma, vitaminizasiya, həkim nəzarəti ilə təmin olunublar.
Təlim-məşq toplanışının gedişatı barədə yeniyetmələrdən ibarət yığma komandanın böyük məşqçisi Asif Məmmədov məlumat verib: “Hazırlıq üçün lazımi şərait yaradılıb. Komandamızda ab-hava yüksəkdir, çalışmalarımız istədiyimiz kimi gedir. Qarşıdakı yarışlarda uğurlu çıxış etmək istəyirik”.
Qeyd edək ki, toplanışın iyulun sonunadək davam etdirilməsi nəzərdə tutulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]
Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb
- 29.09.2026 [16:05]
Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq
- 29.09.2026 [15:51]
Fernando Alonso “Aston Martin”lə müqaviləsinin müddətini uzadıb
- 29.09.2026 [15:49]
AMADA Londonda keçirilən beynəlxalq tədbirdə təmsil olunub
- 29.09.2026 [15:36]