Ağstafa rayonunda ənənəvi şənbə iməciliyi keçirilmişdir
Ağstafa, 24 may (AZƏRTAC). Hər həftənin şənbə günləri olduğu kimi, mayın 24-də də Ağstafa rayonunda təmizlik və səliqə-sahman işləri həyata keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, iməcilikdə rayonun idarə, müəssisə və təşkilatlarının kollektivləri iştirak etmişlər. Ağstafa şəhərinin prospekt və küçələrində yaşıllıq sahələrinə qulluq göstərilmiş, yol kənarları təmizlənmişdir. Bundan əlavə, Bakı-Qazax avtomobil yolu və dəmiryolu xəttinin rayon ərazisindən keçən hissələri boyunca səliqə-sahman yaradılmışdır.
Qəsəbə və kəndlərdə kəndarası yolların kənarları və suvarma arxları məişət tullantılarından təmizlənmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:51]
Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA
- 12.06.2026 [15:31]
Qəbələdə zəlzələ olub
- 12.06.2026 [12:47]
Sabah Bakıda hava əsasən yağmursuz keçəcək, bəzi rayonlarda yağış yağacaq
- 11.06.2026 [17:47]
Qusarın Laza kəndində sürüşmə olub VİDEO
- 11.06.2026 [17:26]