Ağstafada ənənəvi şənbə iməciliyi keçirilmişdir
Ağstafa, 17 may (AZƏRTAC). Hər həftənin şənbə günləri olduğu kimi, mayın 17-də də Ağstafa rayonunda təmizlik və səliqə-sahman işləri həyata keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, bu məqsədlə təşkil olunan iməcilikdə rayonun idarə, müəssisə və təşkilatlarının kollektivləri iştirak etmişlər. Ağstafa şəhərinin prospekt və küçələrində yaşıllıq sahələrinə xüsusi qulluq göstərilmişdir.
Bundan əlavə, Bakı-Qazax avtomobil yolunun və dəmir yolu xəttinin rayon ərazisindən keçən hissələri boyunca səliqə-sahman yaradılmışdır.
Qəsəbə və kəndlərdə isə yol kənarları və suvarma arxları məişət tullantılarından təmizlənmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:51]
Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA
- 12.06.2026 [15:31]
Qəbələdə zəlzələ olub
- 12.06.2026 [12:47]
Sabah Bakıda hava əsasən yağmursuz keçəcək, bəzi rayonlarda yağış yağacaq
- 11.06.2026 [17:47]
Qusarın Laza kəndində sürüşmə olub VİDEO
- 11.06.2026 [17:26]