Ağstafada yol qəzasında 6 nəfər xəsarət alıb
Ağstafa, 16 iyun, R.Novruzoğlu, AZƏRTAC
Ağstafada yol-nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Vurğun qəsəbəsi ərazisində qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, "VAZ" markalı iki minik avtomobilinin toqquşması nəticəsində 6 nəfər xəsarət alaraq Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırmalara başlanılıb.