Ağsuda çiyid səpininə hazırlıq işləri başa çatıb
Ağsu, 1 aprel, AZƏRTAC
Ağsu rayonunda çiyid səpininə hazırlıq işləri tam başa çatdırılıb.
“P-Aqro” MMC-nin Ağsu filialından AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, cari mövsümdə 500 hektarda çiyid səpini planlaşdırılıb. Əkin üçün 33 nəfər fiziki şəxslə müqavilə bağlanıb. Artıq hər yerdə şum hazırdır. Sahələrin disklənməsi də başa çatdırılıb. Kifayət qədər liftli və liftsiz çiyid gətirilib. Habelə, amofos və fosfor gübrələri də tədarük olunub ki, bunu əkinçilər “Fermer kartı” ilə ala biləcəklər. Səpin üçün 9 ədəd texnika, o cümlədən 6 səpin aqreqatı tam hazır vəziyyətdədir.
Qeyd edək ki, ən çox səpin rayonun Çaparlı icra nümayəndəliyində “Aqrofreş” MMC tərəfindən aparılacaq. Belə ki, burada 300 hektarda əkin nəzərdə tutulub. Habelə, Ərəbmehdibəy, Bozavand, Rəhimli ərazi dairələrində də fiziki şəxslər səpinə tam hazırdırlar. Pambıqçılar aprelin ikinci ongünlüyünün sonunadək çiyid səpinini başa çatdırmağı nəzərdə tutublar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]