AHİK yeni sosial layihəyə başlayır
Bakı, 9 aprel, AZƏRTAC
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, (AHİK) Səhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, AHİK-in üzv təşkilatı Səhiyyə İşçiləri Həmkarlar İttifaqı və “Referans Medical Group”un birgə təşkilatçılığı ilə “Həmkardan həmkara qayğı ilə” layihəsinə başlanılıb.
Bu barədə AZƏRTAC-a Konfederasiyadan məlumat verilib.
Bildirilib ki, əhalinin sağlamlığının qorunması və tibbi xidmətlərə əlçatanlığın daha da artırılması məqsədilə reallaşdırılan layihə çərçivəsində ucqar, dağlıq və sərhədyanı rayonlarda yaşayanlar üçün səyyar tibbi müayinələr təşkil olunacaq.
İlk səyyar müayinələr Lerik rayonunda - Lerik Mərkəzi Xəstəxanasında aprelin 10-11-də saat 10:00-dan 16:00-dək keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:38]
Üçrəngli Bayrağımızı Talış kəndində sancan şəhid
- 29.09.2026 [14:34]
Tədqiqatçılardan xəbərdarlıq: İnformasiya müxtəlifliyi azala bilər
- 29.09.2026 [14:12]
® Gömrük və səhiyyə işçilərinin davranış standartları barədə danışılıb
- 29.09.2026 [12:23]
NİİM: Dalğa küçəsində işıqforun vaxt planı dəyişdirilib
- 29.09.2026 [12:20]