Akademik Gövhər Baxşəliyeva: Mənim alim kimi yetişməyimdə Aida xanımın çox böyük rolu olub
Bakı, 10 oktyabr, AZƏRTAC
Aida xanımla bağlı xatirələrim saysız-hesabsızdır. On beş il onunla çiyin-çiyinə çalışmışam. 1977-ci ildə indiki Bakı Dövlət Universitetini bitirib akademiyaya gələndə məni ilk qarşılayan Aida xanım oldu. Çünki o vaxtlar Aida İmanquliyeva ərəb filologiyası şöbəsinin rəhbəri idi. O, məni Ərəb şöbəsi ilə tanış etdi və elmi yaradıcılığımla bağlı ilk məsləhətlərimi də Aida xanımdan aldım.
Bunu AZƏRTAC müsahibəsində AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun baş direktoru akademik Gövhər Baxşəliyeva söyləyib.
“Mənim alim kimi yetişməyimdə, püxtələşməyimdə, ümumiyyətlə şəxsiyyət kimi formalaşmağımda Aida xanımın çox böyük rolu olub. Aida xanımla mənim çox xoş xatirələrim var. Qadın kimi çox gözəl və füsunkar olan bu xanıma institutda hamımız valeh idik. O, elmi yaradıcılığı, məsləhətləri, yüksək mənəvi keyfiyyətləri ilə hamımıza örnək bir qadın idi. Yüksək biliyi, fitri istedadı ilə seçilən Aida xanımın vaxtsız ölümü bizi, həmkarlarını, tələbələrini çox kədərləndirdi. Onun vəfatı kollektivimiz, institutumuz və Azərbaycan elmi üçün böyük itki idi. Azərbaycan şərqşünaslıq elminə böyük töhfələr verən, yüksək insani keyfiyyətləri ilə seçilən Aida İmanquliyevanın xatirəsi hər zaman qəlbimizdə yaşayacaq. Allah Aida xanıma rəhmət eləsin!”, - deyə G. Baxşəliyeva bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [17:45]
Etnik yaddaşın izi: Qərbi Azərbaycan folkloru və coğrafi adlar
- 09.06.2026 [17:20]
Qəbələ və Şamaxı rayonlarında geoloji monitorinq aparılır
- 09.06.2026 [17:13]
MEK-də kitabxana sisteminin gələcək inkişaf istiqamətləri açıqlanıb
- 09.06.2026 [17:12]
Landşaft-ekoloji dəyişmələr üzrə elmi tədqiqatlar aparılır
- 09.06.2026 [17:10]
Azərbaycan və türk xalqlarının ovçu folkloru: janrlar və mifoloji təfəkkür
- 09.06.2026 [16:07]