Azərbaycan Dövlət İnformasiya Agentliyi

Aleksandr Jukov: Xüsusi musiqiçi, bəstəkar və idmançı

Bakı, 27 may, Anara Axundova, AZƏRTAC

AZƏRTAC xüsusi qayğıya ehtiyacı olan istedadlı uşaq və yeniyetmələr haqqında məqalələr silsiləsini davam etdirir. Budəfəki qəhrəmanımız musiqiçi və idmançı Aleksandr Jukov olub. Uşağa erkən yaşda onurğa əzələsinin atrofiyası diaqnozu qoyulub. Saşa Bülbül adına Orta İxtisas Musiqi Məktəbində oxuyur və üzgüçülüklə məşğul olur. O, paralimpiyaçı kimi yarışlarda iştirak edir, texnologiyanı çox yaxşı bilir, rəsm çəkir, “leqo”nu sevir, musiqi bəstələyir, gələcəkdə öz musiqi məktəbini açmaq istəyir və ağ pianosu olmasını arzulayır.

Saşanın 10 yaşı var. Anası Anna Jukovanın dediyinə görə, oğlanın musiqiyə həvəsi özünü çox erkən yaşlarda göstərib. O, davamlı oxuyur, musiqi alətləri ilə maraqlanırdı. Sonradan məlum oldu ki, Saşa mükəmməl musiqi istedadına malikdir: “Bunu öyrənəndə qərara gəldim ki, Saşa musiqi ilə ciddi məşğul olmalıdır və onu Bülbül adına məktəbə göndərdim. Onu dərhal qəbul etdilər. Orada oxuduğu üçün çox xoşbəxtdir. Oğlum musiqi naminə yaşayır və tez-tez deyir ki, artıq dünyasını dəyişmiş bəstəkarlarla - Motsart, Bethoven, Vivaldi ilə danışmaq istərdim... Çox narahatdır ki, bu, mümkün olmayacaq”.

Saşa blokfleytada çalır; bu, onun məktəbdəki xüsusi fənnidir. Həm də fakültativ əsasda fortepianoda. Saşa bəstəkarlıq ixtisası üzrə də təhsil alır və artıq musiqi bəstələyir. Nəfəsli alətdə ifa etmək onun diaqnozu baxımından çox faydalıdır.

Anna Jukova daha sonra deyir: “Onurğa əzələlərinin atrofiyası ilə bütün əzələlər zəifləyir və tənəffüs əzələləri bundan ən çox təsirlənir. Saşa Bülbül adına məktəbə daxil olana qədər biz daim nəfəs məşqləri edirdik. Blokfleyta özü tənəffüs sistemini inkişaf etdirir. Bu, Saşa üçün əladır! Məktəb direktoru Teymur müəllim Göyçayevə çox minnətdaram ki, Saşaya hansı alətin lazım olduğunu peşəkarcasına sezə bildi. Teymur müəllim özü imtahan götürdü və Saşanın sağlamlığı üçün nə qədər vacib olduğunu başa düşərək ona bu aləti təyin etdi”.

Anna xanımın dediyi kimi, musiqi dərsləri oğlanda əzmkarlıq, səbir və diqqəti inkişaf etdirir.

Bundan əlavə, istedadlı oğlan üzgüçülüklə məşğul olur və paralimpiyaçı kimi yarışır.

“Biz həftədə üç dəfə dərsdən sonra və həftədə üç dəfə reabilitasiya üçün üzməyə gedirik. Saat dörddə evə çatırıq. Saşa bir saat dincəlir. Sonra ev tapşırığını yerinə yetiririk: əvvəlcə ümumtəhsil fənləri, sonra musiqi məşğələləri. Bundan sonra da idmanla məşğul oluruq. Yəni bizim günümüz dəqiqəsinə qədər təyin olunub”, -deyə Anna xanım bildirir.

Çətinliklərdən danışan həmsöhbətimiz inklüziv məktəblər məsələsini qeyd edir.

“Saşa tipik uşaqlar üçün məktəbə gedir, lakin xüsusi uşaqların digər valideynləri ilə söhbətdən də bilirəm ki, inklüziv məktəblərlə bağlı məsələ çox aktualdır. Xoşagəlməz haldır ki, bizdə məktəbdə uşaqları müşayiət edəcək repetitorlarımız (müəllim köməkçiləri – red.) yoxdur. İnklüzivlik üzrə ixtisaslaşan müəllimlər də yoxdur. Amma elə bizim vəziyyətimizi götürsək, məsələn, inklüziv musiqi məktəbləri də yoxdur. Nə yaxşı ki, bizə Bülbül adına məktəbdə oxumağa icazə verildi”.

Anna xanım pandus problemini xüsusilə qeyd edir və onun fikrincə, onlar hər yerdə - qapalı məkanlarda, ictimai yerlərdə, nəqliyyatda, yollarda olmalıdır.

“Bizim üçün şəhərdə hərəkət etmək, xüsusən də pilləkənlərlə qalxmaq və enmək çox çətindir. Çox vaxt uşağı qucağında gəzdirməlisən və bu heç də asan deyil! Bəzən mən uşaq arabasını əvvəlcə qaldırmalı və ya endirməli oluram, sonra Saşanı”, -deyə o bildirir.

Xüsusi qayğıya ehtiyacı olan uşaq sahiblərinin hansı dəstəyə ehtiyacı olduğundan danışan Anna xanım deyir ki, ilk növbədə, onların dərman preparatları və uşaqların reabilitasiyası ilə bağlı köməyə ehtiyacı var. O əlavə edir: “Çox istərdim ki, xüsusi qayğıya ehtiyacı olan uşaqların məşğul ola biləcəyi daha çox ödənişsiz reabilitasiya mərkəzləri olsun. Hər kəsin özəl mərkəzlərə getmək imkanı yoxdur. Pulsuz mərkəzdə dərslər üçün böyük növbə var, çünki uşaqların sayı çoxdur. Bu növbə yaxınlaşanda bir neçə həftə keçə bilər, halbuki, müntəzəm olaraq dərslərə ehtiyac yaranır”.

Həmsöhbətimiz çox müsbət tendensiyanı - dövlət sığortasının yaranmasını da qeyd edir.

“Sığorta ilə mən Saşa üçün pulsuz kardioqram çəkdirə, testlərdən keçə bilərəm. Biz onları daim aparmalıyıq və bəzi prosedurlardan keçməliyik. Əvvəllər bütün bunları ödənişli edirdik. Sığorta bizə çox kömək edir. Ailəmizdə indi yalnız həyat yoldaşım işləyir; Saşaya qulluq etmək üçün işdən çıxdım”.

Anna xanımın iki ali təhsili var: birincisi tərcüməçi (rus, Azərbaycan, ingilis dilləri), ikincisi ibtidai sinif müəllimi ixtisasıdır. Müəllimliyi tərk etməzdən əvvəl orta məktəbdə işləyirdi.

İstedadlı musiqiçinin anası deyir: “Saşa balaca olanda, nənə və babalarımız onu böyütməkdə mənə kömək edirdilər, mən isə işləməyə davam edirdim. Amma o, böyüyüb çəkicə ağırlaşanda, onlar üçün bunun öhdəsindən gəlmək çətinləşdi və mən məktəbi tərk etdim. Ona görə də dövlət yardımı çox vacibdir! Təhsilə ehtiyacı olan böyük qızımız da var. Bütün bunlar böyük xərclərdir”.

Xüsusi uşaqda istedadı necə üzə çıxarmaq barədə digər valideynlərə məsləhət verməklə bağlı Anna xanım deyir ki, övladı ən çox nəyin cəlb etdiyinə, onun nəyi sevdiyinə, nəyə daha çox vaxt ayırdığına diqqət yetirmək lazımdır. Valideyn məsələsinə gəlincə, həmsöhbətimiz hesab edir ki, mütləq öz vəziyyətinizdən danışmalı, bu haqda bəhs etməlisiniz.

O əlavə edir: “Bir növ dəstəkləyici icma tapmaq həqiqətən də yaxşıdır. Mənə elə gəlir ki, Saşa ilə mənim başqa keyfiyyətlərim də üzə çıxdı. Əvvəllər heç kimə heç nə deməmişəm, çox qapalı adam idim. İndi isə düşünürəm ki, bu barədə danışmaq lazımdır. Demək lazımdır ki, belə bir istedadlı uşaq var, filan problemlər var və sairə. İnsanlarla daha çox ünsiyyət qurmalı və bu barədə danışıb həll yollarını birlikdə axtarmalıyıq. Mən də səhərlər gəzməyə çalışıram. Saşa məktəbdə olarkən, mən bulvara gedirəm və orada gəzirəm. Bu, bütün gün ərzində mənə enerji və güc verir. Çünki özümlə, düşüncələrimlə tək qalmağa başqa vaxtım yoxdur”.

Müsahibə zamanı Saşa otaqda idi. Biz anası ilə söhbət edərkən o, xalçada sakitcə oynayırdı. Nəhayət, ona tərəf döndüm. Gələcəkdə musiqiçi və ya üzgüçü olmaq istədiyini soruşduqda, Saşa gözlənilmədən və tərəddüd etmədən cavab verdi: “Proqramçı olacağam!”.

Anna xanım gülərək deyir: “O, hər şeyi düzəldə, qaydasına sala bilir. Televiziya, telefon. O, texnologiyadan çox məlumatlıdır. Və “leqo”dan hər şeyi, hətta Eyfel qülləsini də tikə bilər. Dünən oyanıb mənə dedi: “Ana, mən gələcəkdə öz musiqi məktəbimi açmaq istəyirəm”.

Söhbətimizdə Saşanın böyük bacısı Alina da iştirak edir. Qız 11-ci sinfi bitirir və bu il universitetə daxil olmağa hazırlaşır. Sevimli bacı gənc musiqiçinin həyatında böyük yer tutur, ona dəstək olur, nümunəvi xidmət edir.

“Saşanın xəstəliyi özünü göstərəndə, o, danışmağı dayandırdı. Alina onunla işləyirdi və oğlan yenidən onunla danışdı. Qapını bağladı, heç kimi otağa buraxmadı və onunla dərs oxudu”, -deyə uşağın anası qeyd edir.

Çoxyönlü, istedadlı oğlan gözəl musiqilər bəstələyir və bir gün əsərlərinin çap olunaraq başqa musiqiçilər tərəfindən ifa edilməsini arzulayır. O, melodiyalardan birini pərəstiş etdiyi bacısı Alinaya həsr edib.

Söhbətimizin sonunda Saşa bu və digər bəstələrini pianoda ifa edir (aşağıdakı videoda Saşanın ifa etdiyi melodiya onun öz bəstəsidir). O, həmçinin blokfleytada çalır, oyuncaqlarını, rəsmlərini, kumiri Ronaldo ilə köynəklərini, sinif yoldaşlarının şəkillərini göstərir və mənə jurnalist üçün çox simvolik bir hədiyyə - istedadlı və mehriban əlləri ilə qəzetdən düzəltdiyi gülü verir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yaponiyalı tanınmış cüdo mütəxəssisi Bakıda ustad dərsləri keçir

Mərakeş Kralı ölkənin ilk qadın Baş nazirini təyin edib

Torpaq sürüşməsinə görə bağlanan Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti qismən bərpa olunub

Bakı və Abşeronda fəaliyyət göstərən təsərrüfat subyektlərində aksizli malların dövriyyəsi ilə bağlı nöqsanlar aşkarlanıb

ARKA-da dövlət dəstəyi ilə istehsal ediləcək film layihələrinin pitçinqinin birinci mərhələsi reallaşıb

Türkiyənin 124 universiteti dünya reytinq sıralamasında yer alıb

“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir

Azərbaycanlı hakim-inspektor Millətlər Liqasının oyununa təyinat alıb

AYİB-in istiqrazları üzrə son kupon və nominal ödənişlər həyata keçiriləcək

Satınalmalarla bağlı yeni qayda tətbiq ediləcək

Azərbaycanın patronaj modeli beynəlxalq konqresdə I yerə layiq görülüb

Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib VİDEO

Nəqliyyat dəhlizlərinin inteqrasiyası regional logistikanın səmərəliliyini artıracaq - ŞƏRH

Elmir Babayev: Tədqiqatçı əvvəlcə layihəsi üçün hansı dəstəyə ehtiyac olduğunu müəyyənləşdirməlidir

® Ödənişsiz “Süni İntellekt Əsaslı Təhsil Proqramı”na qeydiyyat başlayır

Mingəçevir Sənaye Parkında “Tekstil Klasteri” layihəsi həyata keçiriləcək

Azərbaycanlı alim Çində beynəlxalq forumda Konfutsinin pedaqoji düşüncələrindən danışıb

® Azərbaycanda heyvandarlıq genetikası və reproduktiv biotexnologiya üzrə regional mərkəz yaradılacaq

“Fənərbağça”nın ulduzu “Turan Tovuz”la oyunda meydana çıxa biləcək

Baş direktor: STM şirkəti qardaş Azərbaycana texnoloji transferə hazırdır

Dünya çempionu olan millinin baş məşqçisi: Azərbaycan çimərlik güləşində iddialı ölkələrdən biridir

Azərbaycan və Çin 1 milyard dollarlıq Birgə İnvestisiya Fondu yaradır

Britaniya təşkilatı: Hörmüz boğazında neft tankeri vurulub

Sabahdan Azərbaycanda elektron pulköçürmələr ilə bağlı yeni qaydalar qüvvəyə minir

Şəhid kimi məruzə edildi, yenidən döyüşə qayıtdı – xüsusi təyinatlı gizir Murad Xudiyevin döyüş yolu VİDEO

Şəhid kimi məruzə edildi, yenidən döyüşə qayıtdı – xüsusi təyinatlı gizir Murad Xudiyevin döyüş yolu VİDEO

RF baş konsulluğu “Flydubai” təyyarəsinin göyərtəsində rus pilotun olması xəbərlərini təkzib edib

Rusiyanın iki hava limanında uçuş məhdudiyyətləri aradan qaldırılıb

ADAU “UI GreenMetric 2026” reytinqində mövqeyini yaxşılaşdırıb

“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixrac gəlirləri 2 dəfədən çox artıb

Azərbaycanda dayanıqlı turizmin inkişafı üçün yeni elmi-tədqiqat layihəsi icra olunur

Sentyabrın 30-u Beynəlxalq Tərcüməçilər Günüdür

Bu ilin 9 ayında Gürcüstandan 3 mindən çox əcnəbi deportasiya olunub

Olimpiada iştirakçıları biologiya üzrə seçim imtahanında biliklərini sınayacaqlar

İspaniya təbii qaz qiymətində artımları məhdudlaşdırıb

Naxçıvanda “RehaBus” layihəsi üzrə əlilliyi olan 216 şəxsə xidmət göstərilib

BDU-da elmi-tədqiqat layihələri üzrə müsabiqə elan olunur

Oğuzda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar VİDEO

Oğuzda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar VİDEO

Fransalı pilot “Haas” komandasından ayrılacağını açıqlayıb

ATU ilk dəfə Dünya Universitetləri Reytinqində yer alıb

Xocavənd şəhərində daha 16 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB VİDEO

Xocavənd şəhərində daha 16 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB VİDEO

Azərbaycanlı mühəndis və texniklər tərəfindən hazırlanmış "KASIRGA" dolanan sursatı ilk dəfə ictimaiyyətə təqdim olunur VİDEO

Azərbaycanlı mühəndis və texniklər tərəfindən hazırlanmış "KASIRGA" dolanan sursatı ilk dəfə ictimaiyyətə təqdim olunur VİDEO

Yunanıstanda 4 bal gücündə zəlzələ olub

Qeyri-neft sektoruna qoyulan investisiyalar daha geniş inklüzivlik yarada bilər - ŞƏRH

Rumıniya sərhədi yaxınlığında hava hədəfi aşkarlanıb, iki F-18 qırıcısı havaya qaldırılıb

Bərdədə baş vermiş ölüm faktı ilə bağlı cinayət işi başlanıb

Azərbaycan Alpinizm Federasiyasına yeni prezident seçilib

Böyük Qayıdış: Daha 19 ailə Xocalı və Ağdərəyə qayıdıb

TƏBİB: Həkim qəbuluna onlayn növbənin əldə edilməsi üçün ödəniş tələb olunmur

ABŞ 1 sentlik sikkənin istehsalını dayandırır

“flydubai” uçuş zamanı təyyarədə insident baş verdiyini təsdiqləyib

Xaçmazda məktəblini avtomobil vurub VİDEO

Xaçmazda məktəblini avtomobil vurub VİDEO

Trans-Xəzər boru kəməri layihəsi yenidən aktuallaşır

Baş Prokurorluq: 11 nəfərin zəhərlənməsi ilə bağlı araşdırma aparılır – YENİLƏNİB 2

Xatirə Hüseynova: “X nəslinə uzun mətn, Z nəslinə 30 saniyəlik video” yanaşması stereotipə çevrilir – ŞƏRH

Azərbaycan enerji ixracatçısından çoxfunksiyalı bağlantı mərkəzinə çevrilir - ŞƏRH

Professor: Arxeoloji tədqiqatlarda əsas meyar faktlardır

Qarabağda yeniyetmə və gənclərin avarçəkməyə marağı təlimlərlə artırılacaq VİDEO

Qarabağda yeniyetmə və gənclərin avarçəkməyə marağı təlimlərlə artırılacaq VİDEO

NİİM avtobus zolaqlarına daxil olan sürücülərə müraciət edib VİDEO

NİİM avtobus zolaqlarına daxil olan sürücülərə müraciət edib VİDEO

Hidayət Cəfərov: Ömrümün 56 ilini Qarabağın qədim abidələrinin öyrənilməsinə həsr etmişəm

Slovakiya ilə məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi həyata keçiriləcək

"Birliyin Gücü – 2026” təlimində növbəti mərhələnin tapşırıqları uğurla yerinə yetirilib VİDEO

"Birliyin Gücü – 2026” təlimində növbəti mərhələnin tapşırıqları uğurla yerinə yetirilib VİDEO

Neft qiymətləri sentyabrı artımla tamamlamağa hazırlaşır

Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib

Sabah bəzi yerlərdə yağış yağacaq

Şükürbəyli kəndində daha 9 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB

Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub YENİLƏNƏCƏK VİDEO

Parlament cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında İkinci Əlavə Protokolu təsdiqləyib

Formula 1 Azərbaycan Qran-Prisini 300-ə yaxın media nümayəndəsi işıqlandırıb

Milli Məclis Azərbaycan və İordaniya arasında imzalanan viza tələbindən azad edilmə barədə sazişi təsdiqləyib

Ekspert: Müəllim üçün süni intellekt köməkçisinin yaradılması tədrisə mühüm dəstək verə bilər

İki dövlət – bir səhnə, qardaş nəğmələri: İstanbulda Azərbaycan gecəsi VİDEO

İki dövlət – bir səhnə, qardaş nəğmələri: İstanbulda Azərbaycan gecəsi VİDEO

Fransanın məşhur klubu 1 avroya satılıb

Vergi Məcəlləsində startaplarla bağlı bəzi güzəştlər tətbiq olunacaq

Qızılın qiyməti sentyabrı itki ilə tamamlayır

Gövhər Baxşəliyeva: Hidayət Cəfərov öz təcrübəsini yeni nəsillərə ötürür

Rusiya “ADEX-2026” sərgisində 730 adda hərbi təyinatlı məhsul təqdim edir

Bakıda Xoca Əhməd Yəsəvinin irsinə həsr olunmuş beynəlxalq sərgi - “Mavi günbəzin sirri”

AQTA: 22 heyvan bazarı yenidən qurularaq istifadəyə verilib VİDEO

AQTA: 22 heyvan bazarı yenidən qurularaq istifadəyə verilib VİDEO

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Cəfərabad türbəsi

Şahmar Mövsümov: Qanun layihəsinin yenidən baxılmaq üçün Milli Məclisə qaytarılması onun müddəalarının təkmilləşdirilməsinə imkan yaradıb

Kərim Şükürov: Azərbaycan arxeologiyası yalnız regional deyil, dünya miqyasında da mühüm yer tutur

Çində robotlar arasında basketbol yarışı keçiriləcək

Bakı Ali Neft Məktəbinin tələbələri “TEXNOFEST” festivalında yeni uğurlar qazanmaq niyyətindədirlər

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilmiş müsabiqə üzrə test imtahanı oktyabrın 9-da keçiriləcək

Böyük Britaniyanın müdafiə naziri ADEX-2026 sərgisində iştirak edir

Avqustda qlobal LNG ticarəti 8,8 faiz azalıb

Fransada alıcılıq qabiliyyəti kəskin zəifləyir

Ruhəngiz Heydərova: Hidayət Cəfərovun Azərbaycan arxeologiyasına töhfələri xüsusi əhəmiyyət daşıyır

Fərhad Quliyev: Hidayət Cəfərov Qarabağ arxeologiyasının tədqiqində mühüm xidmətlər göstərib

Almaniyada çirkli pulların yuyulmasında şübhəli bilinən şəbəkəyə qarşı əməliyyat keçirilir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 30 sentyabr

Azərbaycanın investisiya imkanları xarici investorların marağını artırır - ŞƏRH

Azərbaycanın süni intellekt sənayesi Qazaxıstandakı “AI&Digital Bridge 2026” forumunda təmsil olunacaq - ŞƏRH

Qlobal valyuta bazarında əsas amil aparıcı mərkəzi bankların faiz siyasətidir - ŞƏRH

Bolqarıstan klubunun rəhbər şəxslərindən biri Plovdivdə güllələnərək öldürülüb

Yasamalda qəza baş vermiş ərazidə su axıntısının qarşısı alınıb VİDEO

Yasamalda qəza baş vermiş ərazidə su axıntısının qarşısı alınıb VİDEO

Ötən ay 87 milyon manat məbləğində xəzinə qalığı müddətli depozitlərə yerləşdirilib

Azərbaycanlı tələbə Rusiya hökumətinin təqaüdünü qazanıb

Azərbaycanda Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestri istifadəyə verilib