Aleksandra Babintseva: Bakıda keçirilən cüdo üzrə dünya çempionatı yüksək səviyyədə təşkil edilib
Bakı, 26 sentyabr, AZƏRTAC
Bakıda keçirilən cüdo üzrə dünya çempionatı yüksək səviyyədə təşkil edilib. Milli Gimnastika Arenası çox gözəldir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda keçirilən cüdo üzrə dünya çempionatında qadınlar arasında 78 kiloqram çəki dərəcəsində bürünc medal qazanan Rusiya idmançısı Aleksandra Babintseva deyib.
“Bürünc medal uğrunda Çinli təmsilçi ilə üz-üzə gəldim. Çinli idmançı çox qeyri-standart mübarizə aparırdı. O, bir istiqamətə hərəkət edir, digər istiqamətə fənd işlədirdi. Özümü onun mübarizə üsuluna uyğunlaşdırdım və səhv etməməyə çalışdım. Ona qarşı ağrıdıcı fənd tətbiq edib qalib gəldim”, - deyə rusiyalı idmançı bildirib.
Bakıya ilk dəfə gəldiyini deyən A.Babintseva paytaxtımızın gözəlliyinin onda xoş təəssürat yaratdığını vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [15:14]
“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər
- 06.10.2026 [14:44]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq
- 06.10.2026 [14:20]
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb
- 06.10.2026 [13:20]
UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər
- 06.10.2026 [13:00]
“Bavariya”nın futbolçusu Fransa millisində tarixi göstəriciyə imza atıb
- 06.10.2026 [12:44]
“Barselona” braziliyalı hücumçu ilə müqavilənin müddətini uzadıb
- 06.10.2026 [11:38]