Ali Məhkəmədə könüllülük proqramı ilə bağlı qeydiyyat başlayıb
Bakı, 24 iyul, AZƏRTAC
Ali Məhkəmədə könüllülük proqramı ilə bağlı qeydiyyat başlayıb.
Bu barədə AZƏRTAC-a Ali Məhkəmənin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, könüllülər Ali Məhkəmədə fəaliyyət göstərdikləri müddətdə yeni bilik və bacarıqlar qazanmaq, dünyagörüşlərini daha da artırmaq, hüquq sahəsində öyrəndikləri nəzəri bilikləri praktiki işdə həyata keçirmək şansı əldə edirlər.
Eyni zamanda könüllülərin fərdi inkişafı üçün müxtəlif təlim və seminarlar təşkil edilir. Onlar Ali Məhkəmənin ayrı-ayrı şöbələrində təcrübə keçir, hakimlərin iş təcrübəsini öyrənir və məhkəmənin iş fəaliyyəti ilə yaxından tanış olurlar.
Ali Məhkəmədə könüllülük fəaliyyətinin müddəti üç ay nəzərdə tutulub.
Qeydiyyat üçün https://supremecourt.gov.az/siteform/registervolunteer linkinə keçid etmək lazımdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:38]
Üçrəngli Bayrağımızı Talış kəndində sancan şəhid
- 29.09.2026 [14:34]
Tədqiqatçılardan xəbərdarlıq: İnformasiya müxtəlifliyi azala bilər
- 29.09.2026 [14:12]
® Gömrük və səhiyyə işçilərinin davranış standartları barədə danışılıb
- 29.09.2026 [12:23]
NİİM: Dalğa küçəsində işıqforun vaxt planı dəyişdirilib
- 29.09.2026 [12:20]