Ali nümayəndə: Ukrayna Aİ-yə daxil olmaq yolunda ilkin addımı başa çatdırıb
Kiyev, 10 aprel, AZƏRTAC
Ukraynanın gələcəyi Avropa İttifaqındadır və rəsmi Kiyev artıq Aİ-yə daxil olmaq üçün vacib addım atıb.
AZƏRTAC xəbər verir ki, bunu Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali nümayəndəsi Kaya Kallas Ukraynanın Baş naziri Denis Şmıqal ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
"Biz yoxlanışda mühüm irəliləyişi qeyd etdik. Ukrayna üzvlük yolunda zəruri olan əvvəlki addımı tam başa çatdırıb. Heç bir kəsir, qısa yol olmayacaq. Hamı üçün eyni yanaşma", - deyə Kallas bildirib.
Eyni zamanda, Avropanın baş diplomatı Ukraynanı müharibə zamanı Aİ-nin tələb etdiyi islahatlarda əhəmiyyətli irəliləyiş əldə etdiyinə görə tərifləyib.
"Mən sizi əmin etmək istəyirəm ki, sizin gələcəyiniz Aİ-dədir. Biz bunun üçün birlikdə çalışacağıq. Biz gözləyirik ki, ən qısa zamanda Ukraynanı Aİ üzvü kimi təbrik edək", - deyə Kallas vurğulayıb.
Baş nazir cavab olaraq Aİ nümayəndəsini əmin edib ki, Ukrayna Avropaya inteqrasiya dinamikasını artırmaq üçün hər cür səy göstərir.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [15:28]
Donald Tramp-Si Cinpin görüşü: Böyük jestlər və açıq qalan məsələlər – İCMAL
- 29.09.2026 [15:13]
BMT-nin Baş katibi irqi ayrı-seçkiliklə mübarizəyə çağırıb
- 29.09.2026 [15:02]
Avropa İttifaqının xarici sərhədlərinin təhlükəsizliyi gücləndirilir
- 29.09.2026 [14:52]
Fransada lisey şagirdlərinin etirazları genişlənir
- 29.09.2026 [13:50]
Fransanın keçmiş Baş nazirinə şərti həbs cəzasının verilməsi istənilib
- 29.09.2026 [13:23]