ALMAN POLİSİ FUTBOL XULİQANLARININ PORTUQALİYAYA YOLUNU KƏSDİ
Alman polisi futbol xuliqanlarının Avro-2004-ə yolunu kəsmək üçün hətta xüsusi bölmə yaratmışdır. O, ən davakar azarkeşlərin harada olduqlarına daim göz qoyur. Ən təhlükəli futbol divanələri isə yaşayış yerindəki polis məntəqələrində daim qeydiyyatdan keçməlidirlər.
Xatırladaq ki, Fransada 1998-ci il dünya çempionatı zamanı almaniyalı futbol xuliqanları Lans şəhərində polis nəfərini döymüş, nəticədə o, altı həftə koma vəziyyətində olmuşdu. Belçika və Niderlandda keçirilmiş 2000-ci il dünya çempionatı zamanı almanlar Şarlerua şəhərində ingilislərlə əsl savaşa çıxmışdılar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [20:15]
Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
- 22.09.2026 [20:14]
Türkiyə Prezidenti: BMT Təhlükəsizlik Şurasında mütləq islahat aparılmalıdır
- 22.09.2026 [19:36]
BMT-nin Baş katibi: İqlim təhlükələri realdır, lakin ümid də var
- 22.09.2026 [19:17]