ALMANİYA AZƏRBAYCANLA ƏLAQƏLƏRİN İNKİŞAFINDA MARAQLIDIR
Sonra S.Seyidov regionda həyata keçirilən irimiqyaslı layhələrdən, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin əhəmiyyətindən, Qazaxıstanın bu kəmərə qoşulmaq istəyindən və layihənin Avropanın enerji təhlükəsizliyində oynadığı yüksək roldan bəhs etmişdir.
Raynder Ştenblok demişdir ki, Azərbaycana səfərdən məqsəd parlamentlərarası əlaqələrin inkişafına dair fikir mübadiləsi aparmaqdır. Almaniya hökuməti Azərbaycana böyük önəm verir və biz münasibətlərimizin daha da genişlənməsində maraqlıyıq. İstərdik ki, Milli Məclisin deputatları da tezliklə Almaniyaya səfər etsinlər və səfərlərimiz intensiv xarakter alsın.
Sonra görüşdə Almaniyanın 2007-ci ildə Avropa İttifaqına sədrliyi, Türkiyənin bu quruma üzvlüyünün əhəmiyyəti və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.