ALMANİYA AZƏRBAYCANLILARI NOVRUZ BAYRAMINI GENİŞ QEYD EDƏCƏKLƏR
Berlin,10 mart (AZƏRTAC). Almaniyadakı Azərbaycan diasporu əziz bayramımız olan Novruzu geniş qeyd etməyə hazırlaşır.
Almaniya Azərbaycanlıları Əlaqələndirmə Mərkəzinin icraçı direktoru Samirə Patser-İsmayılova bildirmişdir ki, martın 20-də “Azərbaycan evi” Cəmiyyəti incəsənət ustalarının iştirakı ilə bayram gecəsi təşkil edəcəkdir. Gecənin qonaqlarına milli mətbəximizin ən məşhur yeməkləri təqdim ediləcək, tanınmış müğənni Tünzalə Ağayevanın konserti olacaqdır. Bu, bütün Almaniyada keçirilməsi nəzərdə tutulan tədbirlər sırasında elan edilmiş ilk tədbirdir. Əlaqələndirmə Mərkəzi Hamburq, Drezden, Essen və Bonn şəhərlərində keçiriləcək görüşlər barədə əlavə məlumat verəcəkdir.
Samirə Patser-İsmayılova onu da bildirmişdir ki, Avropa İttifaqının əsas ölkələrindən biri olan Almaniyada Novruzun bayram edilməsi bu ölkədə qədim mədəniyyətimizi, gözəl ənənələrimizi, xalqımızın sülhsevər və qonaqpərvər xarakterini geniş təbliğ etməyə imkan verir. O demişdir: “Azərbaycan mətbəxinin, musiqisinin, yazıçıların, tətbiqi və təsviri sənət ustalarının əsərlərinin təqdimatı sadə almanların ölkəmiz və onun xalqı ilə yaxından tanış olmalarına kömək edir. Bu, Azərbaycan diasporu ilə dost alman xalqı arasında yaxşı əlaqələrin yaradılması üçün son dərəcə əhəmiyyətlidir”.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [13:48]
Almaniyada 15 İyun - Milli Qurtuluş Günü münasibətilə təntənəli tədbir
- 06.06.2026 [14:54]
Avstriya-Azərbaycan Ticarət Palatasının prezidenti təltif olunub
- 04.06.2026 [16:03]
Niaqara Fols şəhərində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb
- 03.06.2026 [13:06]
Azərbaycanın Müstəqillik Günü Kiryat-Yamda da qeyd edilib
- 02.06.2026 [19:28]
İsveçdə Müstəqillik Gününə həsr olunan tədbir keçirilib
- 26.05.2026 [19:44]