ALMANİYA ƏFQANISTAN İQTİSADİYYATININ DİRÇƏLDİLMƏSİNƏ 320 MİLYON AVRO YÖNƏLDƏCƏKDİR
AZƏRTAC xarici informasiya agentliklərinə istinadla xəbər verir ki, Almaniya Əfqanıstan iqtisadiyyatının dirçəldilməsinə 2008-ci ilədək 320 milyon avro yönəldəcəkdir. AFR-in iqtisadi əməkdaşlıq və inkişaf məsələləri naziri xanım Haydemari Viçorek-Soyl bildirmişdir ki, Berlin iqtisadiyyatın, ali və orta təhsil, peşə təhsili sisteminin, səhiyyənin, su və enerji təchizatının bərpası məqsədi ilə hər il Kabilə 80 milyon avro məbləğində vəsait ayıracaqdır.
O, Həmid Kərzaini prezident seçkilərində inamlı qələbəsi münasibətilə təbrik edərək, onun qanuni yolla seçilmiş dövlət başçısı kimi ölkəsini demokratikləşmə, sabitlik və hüquqi cəmiyyət quruculuğu yolu ilə aparacağına əmin olduğunu bildirmişdir. Nazir demişdir: “Eyni zamanda, əfqanların yaşayış səviyyəsini yaxşılaşdırmaq lazımdır. Bu ölkənin hər bir sakini demokratiyanın bərqərar olması ilə güzəranının yaxşılaşdığını hiss etməlidir”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [17:30]
“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib
- 05.10.2026 [16:31]
Fransada müəllimlər etiraz edən şagirdlərin tələblərini haqlı sayır
- 05.10.2026 [16:14]
Qazaxıstanda cinayətlərin sayı azalıb
- 05.10.2026 [16:07]
Şotlandiyada şəxsi ada 350 min funt sterlinqə satışa çıxarılıb
- 05.10.2026 [15:51]
Londonun mərkəzində genişmiqyaslı elektrik kəsintisi baş verib
- 05.10.2026 [15:32]
Norveçdə süni intellekt eynəklərinin istifadəsinə müvəqqəti qadağa qoyulur
- 05.10.2026 [15:16]
Moldova 2030-cu ildə Aİ-yə üzv olmaq niyyətindədir
- 05.10.2026 [15:06]