ALMANİYA ENERGETİKA, SƏHİYYƏ VƏ TƏHSİLİN İNKİŞAFI ÜÇÜN TACİKİSTANA 27 MİLYON AVRO AYIRACAQDIR
AZƏRTAC İTAR-TASS agentliyinə istinadla xəbər verir ki, Almaniya nümayəndə heyətinin rəhbəri, İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin Cənubi Qafqaz və Mərkəzi Asiya şöbəsinin başçısı Volfqanq Armbruster demişdir ki, bu pulun 13 milyonu güzəştli kredit, qalan hissəsi isə təmənnasız maliyyə yardımı şəklində ayrılacaqdır.
Onun sözlərinə görə, Almaniya tərəfinin dəstəklədiyi ən böyük layihə Nurek SES-in bölüşdürücü şəbəkələrinin bərpası ilə bağlıdır. Bu iş üçün 20 milyon avro ayrılacaqdır. Bundan əlavə, Tacikistanda səhiyyə sisteminin, ibtidai təhsilin, kiçik və orta müəssisələrin inkişafına kömək sahəsində layihələrin dəstəklənməsinə də vəsait veriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [13:26]
Böyük Britaniyanın keçmiş şahzadəsi polisə etiraz edib
- 05.10.2026 [13:16]
Budapeştdə polis əməkdaşlarının sayı artırılacaq
- 05.10.2026 [13:08]
Ər-Riyadda Məkkə Müdafiə Sazişi çərçivəsində komitə iclası təşkil olunub
- 05.10.2026 [12:57]
Yəmən ordusu: Bab-əl-Məndəb ətrafındakı ərazi husilərdən təmizlənib
- 05.10.2026 [12:44]