ALMANİYA İNSTİTUTU YARADICI ƏLİLLƏRƏ KÖMƏK EDİR
Almaniya Xalq Universitetləri Birliyi Beynəlxalq Əməkdaşlıq İnstitutunun (BƏİ) ölkəmizdəki milli əlaqələndiricisi Fuad Muradov AZƏRTAC-ın müxbirinə demişdir ki, 2002-ci ilin oktyabr ayından BƏİ Bakıda fəaliyyət göstərən “Yaradıcı Qadınlar Assosiasiyası” ilə əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində bir qrup əlil üçün müxtəlif sənətlər üzrə (keramika, suvenirlər, toxuma, qurama, xalçaçılıq) kurslar təşkil olunmuşdur. İnstitutun maliyyələşdirdiyi layihənin məqsədi əlil insanların öhdəsindən gələ biləcəyi sənətə yiyələnib öz sosial vəziyyətlərini yaxşılaşdırmaq üçün imkan qazanmalarına şərait yaratmaqdır.
Kurslar başa çatdıqdan sonar əl işlərinin satış sərgisi təşkil olunmuş və bütün vəsaitlər əlillərin fondlarına köçürülmüşdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]