ALMANİYA NATO QOŞUNLARININ İRAQDA YERLƏŞDİRİLMƏSİNİN ƏLEYHİNƏDİR
AZƏRTAC-ın xarici informasiya agentliklərindən aldığı xəbərdə deyilir ki, Almaniyanın xarici işlər naziri Yoşka Fişer NATO qoşunlarının İraqda yerləşdirilməsinin əleyhinədir. O, AFR parlamentində çıxışında demişdir: “Qərb qoşunlarının İraqda hansı səbəblərdən olmasına baxmayaraq, onlara daim işğalçılar kimi baxacaqlar”.
Onun sözlərinə görə, NATO-nun qoşunları İraqda olmamalıdır və qoşunların bu ölkənin ərazisində yerləşdirilməsi alyans üçün təhlükə törədir. Fişerin qeyd etdiyi kimi, hadisələrin inkişafı göstərir ki, ABŞ İraqa müdaxilənin “böyük demokratik partlayış” doğuracağına və bütün region üçün nümunə olacağına ümid bəsləməkdə heç də haqlı deyildir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.04.2025 [14:08]
Xəzər dənizi geri çəkilir: ekspertlər həyəcan təbili çalır
- 18.04.2025 [11:20]
Polşa nüvə silahına sahib olmaq istəyir
- 18.04.2025 [11:11]