ALMANİYA NÖVBƏTİ PREZİDENTİNİ SEÇMİŞDİR
Almaniyanın növbəti federal prezidenti vəzifəsinə iki iddiaçı - Beynəlxalq Valyuta Fondunun sabiq direktoru Horst Köler (XDB/XSB) və politologiya elmi üzrə professor Qezine Şvan öz namizədliyini vermişdi. Federal Məclisin 1205 səsvermə hüquqlu üzvündən 604 seçicinin səsini toplayan Horst Köler Almaniya Federativ Respublikasının növbəti federal prezidenti seçilmişdir. Onun rəqibi 589 səs toplamışdır. Almaniyanın yeni prezidenti Horst Köler parlamentin iki palatası – Federal məclis və bundestaqın iyulun 1-də keçiriləcək birgə fövqəladə iclasında təntənəli and içəcəkdir. Xatırladaq ki, Horst Köler 1990-cı ildə sabiq federal kansler Helmut Kolun müşaviri və dövlət katibi, sonralar Avropa Yenidənqurma və İnkişaf Bankının baş direktoru, 2000-ci ildən prezidentliyə iddiaçı olanadək Beynəlxalq Valyuta Fondunun icraçı direktoru vəzifələrində çalışmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [17:13]
Avropada qazın qiyməti 3 həftənin minimumuna enib
- 22.09.2026 [17:09]
Stokholmda bir milyon kron dəyərində park skamyaları oğurlanıb
- 22.09.2026 [16:51]
Alimlər Marsın erkən dövründə suyun mürəkkəb tarixini üzə çıxarıblar
- 22.09.2026 [16:48]
Yunanıstan Egey dənizinin cənub-şərqində dron uçuşlarını qadağan edib
- 22.09.2026 [16:36]