ALMANİYA RƏSSAMIN GÖZÜ İLƏ
Səfirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Azərbaycan rəssamları üçün təşkil olunan müsabiqəyə əsərlər eni 60-80, uzunluğu 60-100 santimetr olan kətanda yalnız qara, qırmızı və qızılı rənglərdə təqdim edilməlidir. Mövzu seçimi zövqə görədir.
Tablolar səfirliyə oktyabrın 31-dən gec olmayaraq göndərilməlidir (Nizami küçəsi, 340, İSR Plaza, 10-cu mərtəbə).
İştirakçılar müsabiqənin təşkilatçılarına şəkillərin həm Azərbaycanda, həm də xaricdə keçirilən sərgilərdə təmənnasız nümayiş etdirilməsi üçün razılıq verməlidirlər. Bu əsərlər geri qaytarılmayacaqdır.
Münsiflər heyəti oktyabrın 31-dən sonra 2 əsər seçəcəkdir.
Almaniyaya səfər edəcək laureatları geniş yaradıcılıq proqramı və təcrübə mübadiləsi gözləyir.
Əlavə məlumatı 492-74-81 nömrəli telefonla almaq olar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [14:51]
Daşkənddə “Dostluq” konserti təşkil edilib VİDEO
- 16.10.2026 [14:30]
Azərbaycanın zəngin mədəni irsi Buxara tələbələrinə təqdim edilib VİDEO
- 16.10.2026 [11:14]
Stokholmda azərbaycanlı yazıçı Eluca Atalı ilə görüş təşkil olunub VİDEO
- 16.10.2026 [11:12]