Almaniyada fəaliyyət göstərən Azərbaycanlı Tələbə və Elmi İşçilər Birliyi “Almaniya bayramında” iştirak etmişdir
Berlin, 21 avqust (AZƏRTAC). Avqustun 17-18-də Berlin şəhərində Almaniya Sosial-Demokrat Partiyasının təşəbbüsü ilə “Almaniya bayramı” adlı tədbir təşkil olunmuşdur.
Berlinin mərkəzində, bir çox federal inzibati binalarının yerləşdiyi 17 İyun küçəsində keçirilən tədbirdə yerli qurumlarla yanaşı, əcnəbi vətəndaşların yaratdıqları qeyri-hökumət təşkilatları da iştirak etmişdir.
Almaniyada fəaliyyət göstərən Azərbaycanlı Tələbə və Elmi İşçilər Birliyi (ATEB) də Azərbaycanın Berlindəki səfirliyinin dəstəyi ilə bu tədbirdə Vətənimizi uğurla təmsil etmişdir.
ATEB Azərbaycan haqqında “Almaniya bayramının” 500 minə yaxın iştirakçısı qarşısında müsbət təsəvvür yaratmağa nail ola bilmişdir. Azərbaycana həsr olunmuş stendi sadə vətəndaşlarla yanaşı, Bundestaqın deputatları və deputatlığa namizədlər də ziyarət etmişlər. Bu stend Sosial-Demokrat Partiyasının müxtəlif qurumlarının da xüsusi marağına səbəb olmuşdur. Ümumilikdə stendin təşkili və təqdimatının Azərbaycanın maraqlarının Almaniyada lobbiçiliyi baxımından uğurlu addım kimi dəyərləndirmək olar.
Tədbir haqqında şəkillərlə bu linkdə tanış olmaq mümkündür:
https://www.facebook.com/Gurban1975/media_set?set=a.504403529571451.120030.100000054255335&type=3
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]