ALMANİYADA İKİNCİ DÜNYA MÜHARİBƏSİNDƏN QALMABOMBALAR HƏLƏ DƏ TƏHLÜKƏ MƏNBƏYİDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, bu günlərdə Osnabrük şəhərinin sakinləri həyəcan içində olmuş və psixoloji sarsıntı keçirmişlər. Şəhərin mərkəzi rayonunda texniki təmir işləri aparan işçilər torpaq altında qalmış nəhəng bomba ilə üzləşmişlər.
Uzun illər torpaq altında qalıb çürümüş və hər an partlaması gözlənilən 500 kiloqram ağırlığında bombanı zərərsizləşdirmək heç də asan olmamışdır. Bu məqsədlə ətrafdakı yaşayış evlərindən və inzibati binalardan 8 mindən artıq insan təhlükəsiz yerlərə köçürülmüşdü.
İstehkamçılar 8 saat ərzində bombanı qazıb çıxarmış və kənarına apararaq zərərsizləşdirmişlər.