Almaniyada tibb bacıları tələb olunur
Berlin, 10 mart, AZƏRTAC
Pandemiya Almaniyada kiçik tibbi personalın tərkibinə müəyyən dərəcədə zərbə vurub.
AZƏRTAC xəbər verir ki, bu ölkədə tibb bacılarının sayı son bir ildə xeyli azalıb. Hazırda Almaniyada onların sayı keçən ilə nisbətən 3885 nəfər azdır. Bu azalma 45 yaşdan yuxarı tibb bacıları arasında xüsusilə yüksəkdir.
Bununla əlaqədar, AFR xaricdən gələn tibbi heyət üçün əmək miqrasiyasını yüngülləşdirməyi qərara alıb. İlk növbədə, Avropa İttifaqına daxil olan digər ölkələrin vətəndaşlara üstünlük veriləcək. Lakin Aİ-nin digər ölkələrində də oxşar mənzərənin müşahidə edildiyini nəzərə alsaq, qapılar Avropa İttifaqı zonasından kənarda çalışan tibb işçilərinə də açıqdır.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [20:15]
Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
- 22.09.2026 [20:14]
Türkiyə Prezidenti: BMT Təhlükəsizlik Şurasında mütləq islahat aparılmalıdır
- 22.09.2026 [19:36]
BMT-nin Baş katibi: İqlim təhlükələri realdır, lakin ümid də var
- 22.09.2026 [19:17]