Almaniyada vətəndaşlıq müavinətinin həcmi rekord həddə çatıb
Berlin, 4 avqust, AZƏRTAC
Almaniyada vətəndaşlıq müavinətinin (Bürgergeld) həcmi ötən il rekord məbləğə - 46,9 milyard avroya çatıb. Bu, 2023-cü illə müqayisədə təxminən 4 milyard avro çoxdur.
AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, bu barədə Əmək və Sosial Məsələlər Nazirliyinin Almaniya üçün Alternativ (AfD) partiyasının sorğusuna cavabında qeyd olunub.
Həmin məbləğ ümumilikdə 5,5 milyon nəfərə ödənilib. Onlardan təxminən 4 milyonu əmək qabiliyyətli olub. Ümumi məbləğin alman vətəndaşlarına ödənilən hissəsi 24,7 milyard avro (52,6 faizi), alman pasportu olmayan şəxslərə isə 22,2 milyard avro (47,4 faizi) olub.
Xarici vətəndaşlar arasında 2022-ci ildən bəri Rusiyanın hücumu nəticəsində Almaniyaya gələn yüz minlərlə ukraynalı var. 2024-cü ildə onlara 6,3 milyard avro vəsait ayrılıb. Əsas səkkiz sığınacaq ölkəsindən olan şəxslərə isə ümumilikdə 7,4 milyard avro ödənilib.
Qeyd edək ki, AfD vətəndaşlıq müavinətinin həcminin getdikcə artmasından narazılığını ifadə edərək, əcnəbi vətəndaşlara bu müavinətin verilməsinin qadağan olunmasını tələb edir.
Elvin Mövsümov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [21:21]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]
ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib
- 10.06.2026 [17:42]