ALMANİYADAKI FOX TÜRK TELEVİZİYASINDA QARABAG MÜNAQİŞƏSİ HAQQINDA VERİLİŞ YAYIMLANACAQDIR
Bakı, 1 may (AZƏRTAC). Mayın 3-də Avropa Azərbaycanlıları Konqresinin (AAK) təşkilatçılığı ilə Almaniyanın Frankfurt şəhərində fəaliyyət göstərən “FOX TÜRK” televiziya kanalında Dağlıq Qarabağ münaqişəsi haqqında iki saat yarımlıq veriliş yayımlanacaqdır. AAK-ın prezidenti Başar Kömür Diaspor ilə İş üzrə Dövlət Komitəsinə bildirmişdir ki, veriliş Almaniya vaxtı ilə saat 17.30-da (Bakı vaxtı ilə 20.30-da) başlanacaqdır.
Zəki Şahinin müəllif olduğu proqramda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin başlanması səbəbləri, işğal olunan ərazilərimizdə yaşayan insanların başına gətirilən müsibətlər, yüz minlərlə soydaşımızın evsiz-eşiksiz qalması, müharibənin Azərbaycan xalqına və dövlətinə vurduğu ziyan, eləcə də problemin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar barədə məlumat veriləcəkdir. Verilişdə AAK-ın prezidenti Başar Kömür, Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin rəhbəri Samirə Patzer-İsmayılova, Avropa Türk İş Adamları Mərkəzinin prezidenti Əhməd Sərdar Yenicə, “Almaniya Türk Toplumu”nun təmsilçiləri Sener Sargut və Arif Arslanər, yazıçı-jurnalist Mehmet Qoca, tədqiqatçı Sabriye Supcun iştirak edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]