ALMANİYADAKI SOYDAŞLARIMIZI VƏ DİASPOR TƏŞKİLATLARINI BİR ARAYA GƏTİRƏCƏK YENİ TƏŞKİLAT YARADILACAQDIR
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov AZƏRTAC-a bildirmişdir ki, Almaniyada yaşayan azərbaycanlıları və diaspor təşkilatlarını bir araya gətirmək üçün yeni bir qurum yaradılacaqdır. Təşkilat Almaniya Azərbaycanlıları Konqresi və ya Assosiasiyası adlanacaqdır.
N.İbrahimov demişdir ki, necə adlanmasından asılı olmayaraq, yeni təşkilat soydaşlarımızın, fəal diaspor nümayəndələrimizin birləşməsi, Azərbaycanın maraqlarının xaricdə qorunması, təbliğ edilməsi, ölkəmiz barədə həqiqətlərin dünyaya çatdırılması məqsədlərinə xidmət edəcəkdir.
Dövlət Komitəsinin sədri bu yaxınlarda Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının yaradılması ilə bağlı bildirmişdir ki, bu qurumu təsis etməkdən əsas məqsəd Azərbaycan həqiqətlərinin, torpaqlarımızın Ermənistan tərəfindən işğalı faktının dünyaya çatdırılması işində Azərbaycan-yəhudi diasporunun birgə fəaliyyətindən yararlanmaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [13:48]
Almaniyada 15 İyun - Milli Qurtuluş Günü münasibətilə təntənəli tədbir
- 06.06.2026 [14:54]
Avstriya-Azərbaycan Ticarət Palatasının prezidenti təltif olunub
- 04.06.2026 [16:03]
Niaqara Fols şəhərində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb
- 03.06.2026 [13:06]
Azərbaycanın Müstəqillik Günü Kiryat-Yamda da qeyd edilib
- 02.06.2026 [19:28]
İsveçdə Müstəqillik Gününə həsr olunan tədbir keçirilib
- 26.05.2026 [19:44]