Almaniyanın iqtisadiyyat naziri kansler postu uğrunda mübarizə aparmaq niyyətindədir
Bakı, 8 aprel, AZƏRTAC
Almaniyanın iqtisadiyyat naziri Robert Habek kansler postu uğrunda mübarizə aparmaq niyyətindədir.
AZƏRTAC xəbər verir ki, bu barədə “Bild” qəzeti yazıb.
Seçki yarışında, həmçinin Xristian Demokrat İttifaqının lideri Fridrix Merz və ölkənin xarici işlər naziri Annalena Barbok da iştirak edəcək.
Bildirilib ki, Yaşıllar partiyasını təmsil edən Robert Habek son vaxtlar ölkədə müxtəlif biznes birlikləri ilə görüşlər keçirir.
Siyasətçinin bir sıra xarici ölkələrə, o cümlədən ABŞ, Səudiyyə Ərəbistanı və İsrailə səfərləri də qeyd olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [19:00]
BVF: Yaponiya 2027-ci ildə qlobal ÜDM reytinqində 6-cı yerə düşəcək
- 15.10.2026 [18:19]
Belçikada yeni fəaliyyətə başlayan həkimlərin dörddəbiri xaricdə təhsil alıb
- 15.10.2026 [17:29]