Alparslan Bayraktar: Türkiyə xaricdə yataqların kəşfiyyatı və işlənməsində fəal iştirak etməyə hazırdır
Ankara, 9 aprel, AZƏRTAC
Türkiyə xaricdəki yataqların kəşfiyyatı və işlənməsində daha fəal rol almağa hazırdır.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar İslamabadda jurnalistlərlə söhbətində deyib.
Nazir 2016-cı ildən “TPAO” dövlət neft şirkəti və digər yerli şirkətlərin iştirakı ilə həyata keçirilən Türkiyənin yataqların kəşfiyyatı Strategiyasına diqqət çəkib.
“Bu Strategiyanın məqsədlərindən biri də Türkiyə hüdudlarından kənarda neft və qaz yataqlarının kəşfiyyatı və işlənməsində fəal iştirakdır”, - deyən nazir son illərdə Somali, Liviya, Niger və İraqın hakimiyyət orqanları ilə əldə olunmuş müvafiq razılaşmaları xatırladıb.
Onun sözlərinə görə, may ayının sonuna qədər Türkiyə Somalinin dəniz zonasında seysmik tədqiqatları başa çatdıracaq. “Eyni zamanda, enerji sektorunda Yaxın Şərq və Mərkəzi Asiya ölkələri ilə əlaqələr davam edir. Yəni biz həm öz yeraltı sərvətlərimizdən səmərəli istifadə etməyə, həm də xaricdə enerji layihələrində iştirak etməyə çalışırıq”, - deyə nazir bildirib.
Türkiyə ilə Pakistan arasında dəniz yataqlarının birgə kəşfiyyatı ilə bağlı razılaşmaya toxunan A.Bayraktar iki ölkə arasında əməkdaşlığın genişlənəcəyinə əminliyini ifadə edib.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [22:51]
Tramp Milli Kəşfiyyatın yeni direktoru vəzifəsinə namizədini açıqlayıb
- 11.06.2026 [19:58]
Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur
- 11.06.2026 [19:31]
Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb
- 11.06.2026 [19:24]