Azərbaycan Dövlət İnformasiya Agentliyi

AMEA-da Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş konfrans keçirilib

Bakı, 30 sentyabr, AZƏRTAC

Sentyabrın 30-da AMEA-da Azərbaycan Milli Elmlər Akademiyasının və Türkiyənin Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumunun tərkibinə daxil olan Türk Dil Qurumunun birgə təşkilatçılığı ilə Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş “Dünəndən bu günə Birinci Türkoloji Qurultay: ümumtürk humanitar elmi fikrinin 100 ili və perspektivləri” mövzusunda elmi konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə konfrans iştirakçıları sərgi ilə tanış olublar.

Tədbiri açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Birinci Türkoloji Qurultayın 1926-cı ilin 26 fevral - 6 mart tarixlərində Bakı şəhərində, bugünkü konfransın təşkil edildiyi AMEA-nın Rəyasət Heyətinin Böyük akt zalında keçirildiyini bildirib. Birinci Türkoloji Qurultayın türk xalqlarının milli oyanış tarixində və özünüdərkində mühüm rol oynadığını deyən akademik İsa Həbibbəyli qurultayda türk xalqlarının tarixi, ədəbiyyatı, dili, əlifbası, toponimikası, etnoqrafiyası və s. ilə bağlı qərarların qəbul edildiyini, nəticədə həmin tədbirin iştirakçılarının amansız sovet rəhbərliyinin hədəfinə tuş gələrək bir qisminin sürgünə göndərildiyini, bəzilərinin isə güllələndiyini söyləyib. Bundan sonra SSRİ rəhbərliyinin türk xalqlarının birlik və həmrəyliyindən, milli oyanışından qorxaraq türkologiyanı məqsədyönlü şəkildə yalnız dilçilik hadisəsi kimi qələmə verdiyini deyən akademik İsa Həbibbəyli sovet dövründə Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının, eləcə də AMEA-nın Dilçilik və Şərqşünaslıq institutlarının sadəcə türk dillərini öyrəndiyini vurğulayıb.

Akademik İsa Həbibbəyli Birinci Türkoloji Qurultayın milli düşüncənin, ümumtürk həmrəyliyinin təməllərini atdığını diqqətə çatdırıb. Qurultayın 100 il öncə təqdim etdiyi ideyaların bu gün Türk Dövlətləri Təşkilatının timsalında gerçəkləşməkdə olduğunu deyən akademik İsa Həbibbəyli təşkilatın başlıca hədəfləri sırasında türk xalqlarının birliyi və həmrəyliyinin dayandığını söyləyib. Həmçinin qeyd edib ki, Qurultayın ortaq əlifbaya keçidlə bağlı ideyaları 2024-cü ildə Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən yaradılan Türk Dünyası Ortaq Əlifba Komissiyasının iclasında qəbul olunub.

Prezident İlham Əliyevin Türk dünyasını bizim ailəmiz adlandırdığını, türk xalqlarına verdiyi ən yüksək dəyəri ifadə etdiyini xatırladan akademik İsa Həbibbəyli bu gün Azərbaycanın Türk Dövlətləri Təşkilatına üzv ölkə kimi Türk dünyasında qərarların qəbulunda, birliyin, həmrəyliyin möhkəmlənməsində mühüm rol oynadığını vurğulayıb.

Dövlətimizin başçısının prioritet elan etdiyi siyasətə uyğun olaraq AMEA-da müvafiq addımların atıldığını deyən akademik İsa Həbibbəyli akademiyanın bir çox müəssisələrində Türk dünyasının tarixini, ədəbiyyatını, folklorunu, dilini, musiqisini, arxeologiyasını, fəlsəfəsini öyrənən şöbələrin fəaliyyət göstərdiyini, Türk dünyasının akademik elmi və ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq əlaqələrinin qurulduğunu və genişləndirilməkdə olduğunu söyləyib. Bildirib ki, atılan bu addımlar türk xalqlarının elmi-mədəni inteqrasiyası baxımından olduqca mühüm rol oynayır.

Birinci Türkoloji Qurultayın akademik Nizami Cəfərov, professor Mahirə Hüseynova kimi tədqiqatçılarımız tərəfindən sanballı tədqiqata cəlb olunduğunu deyən akademik İsa Həbibbəyli, həmçinin bu istiqamətdə dissertasiyaların və monoqrafiyaların da yazılmasının vacibliyinə toxunub.

Akademik İsa Həbibbəyli Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin təntənəli keçirilməsi məqsədilə AMEA-nın Rəyasət Heyəti tərəfindən qərar qəbul olunduğunu, bugünkü konfransla Qurultayın yubiley tədbirlərinə başlanıldığını deyib. Bildirib ki, ölkəmizdə türk xalqları ilə bağlı aparılan tədqiqatlar gələcəkdə AMEA-da Türkologiya İnstitutunun yaradılması zərurətini meydana qoyur və zaman buna doğru gedir.

Akademik İsa Həbibbəyli konfransda sanballı məruzələrin dinləniləcəyini bildirib və tədbirin Türk dünyasında türkologiyaya dair tədqiqatların genişlənməsinə töhfə verəcəyini söyləyib.

Açılış nitqindən sonra Birinci Türkoloji Qurultayın iştirakçılarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransda Birinci Türkoloji Qurultaydan bəhs edən videoçarx nümayiş olunub.

Daha sonra Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti professor Aktotı Raimkulovanın təbrik məktubu səsləndirilib.

Tədbirdə “Türklərin Birinci Türkoloji Qurultayı və ya Birinci Türkoloji Qurultayda türklər” mövzusunda çıxış edən Azərbaycanda Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov bildirib ki, Qurultay bütün çalarları ilə səmimi hadisədir və psixoloji, sosial məzmununa görə heç kəsdə şübhə doğurmur. Akademik Nizami Cəfərov vurğulayıb ki, Qurultayda müzakirə edilmiş məsələlər türk xalqlarının səsləndirdiyi fikirləri ifadə edirdi və zamanla İsmayıl bəy Qaspıralı, Vasili Radlov və başqaları tərəfindən dilə gətirilmişdi. O, Qurultayın elmi rəhbərinin görkəmli türkoloq alimimiz Bəkir Çobanzadə olduğunu, Qurultay zamanı yaranmış bütün sualların onunla müzakirə edildiyini bildirib. Həmçinin diqqətə çatdırıb ki, Qurultay türk xalqlarının ideallarının nəticəsi olmuşdur.

Sonra tədbirin təşkilatçılarından olan Türk Dil Qurumunun prezidenti professor Osman Mert “1926-cı il Bakı Birinci Türkoloji Qurultayından günümüzə Türk dünyasında ortaq əlifba məsələsi” mövzusunda çıxış edib. Belə bir tədbirin təşkilinə görə, AMEA ilə əməkdaşlıqdan məmnunluğunu bildirən Osman Mert Birinci Türkoloji Qurultayın türk xalqlarının tarixində onları bir araya gətirmək məqsədi daşıyan önəmli hadisə olduğunu bildirib. Qeyd edib ki, bu Qurultay Türk dünyası tarixinin dönüş nöqtəsidir, onun ideyaları Türk dünyasının ortaq yaddaşı, dili və mədəniyyətinin xatırlanması baxımından yaşadılmalı və gələcək nəsillərə çatdırılmalıdır.

Xalq şairi Sabir Rüstəmxanlı isə “Birinci Türkoloji Qurultay haqqında söz” mövzusunda məruzəsində Azərbaycan Milli Elmlər Akademiyasının hər zaman xalqımızın elmi düşüncəsinin mərkəzi olduğunu bildirib. Qeyd edib ki, Azərbaycan alimləri hələ sovet dövründə türkologiyanın yaşadılmasına çalışmışdır və “Türkologiya” jurnalının uzun illərdir fəaliyyət göstərməsi bunun isbatıdır. Birinci Türkoloji Qurultayın türk xalqlarının milli kimliyinin dərkində mühüm rol oynadığını deyən Sabir Rüstəmxanlı zaman-zaman Qurultayın ideyalarının məqsədli şəkildə siyasiləşdirildiyini, əsas hədəfindən yayındırılmağa çalışıldığını vurğulayıb.

Konfransda, həmçinin AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli “Birinci Türkoloji Qurultay sənədlərdə” və Azərbaycan Dillər Universitetinin məsləhətçi professoru Adil Babayev “Birinci Türkoloji Qurultay və Türk dünyası” mövzusunda çıxış edərək Birinci Türkoloji Qurultayla bağlı apardıqları tədqiqatlar barədə məlumat veriblər.

Bundan əlavə, AMEA-nın Tarix və Etnologiya İnstitutunun direktoru professor Kərim Şükürov və AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Qədim dillər və mədəniyyətlər şöbəsinin müdiri filologiya elmləri doktoru professor İlhami Cəfərsoy çıxış edərək Birinci Türkoloji Qurultayın türk xalqlarının ictimai fikrində və mədəni inkişafındakı roluna toxunublar.

Sonda çıxış edən akademik İsa Həbibbəyli Birinci Türkoloji Qurultayın 100 illik yubileyi münasibətilə AMEA-da bir sıra kitab və monoqrafiyaların nəşrinin, humanitar və ictimai elm sahələrini əhatə edən elmi-tədqiqat müəssisələrində silsilə tədbirlərin keçirilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb

Gülçöhrə Məmmədova: Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Bəxtiyar Aslanbəyli: bp-nin AzMİU-da təqdim etdiyi laboratoriya tədris və elmi-tədqiqat proseslərinə töhfə verəcək

“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan

Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağdaşda vətəndaşların müraciətini dinləyib

AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb

Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq

Nazir müavini: Müdafiə sənayesində innovasiya və insan kapitalının inkişafı istiqamətində mühüm işlər görülür

Azərbaycan ilə Dünya Bankı maliyyə əlçatanlığı və nəqliyyat sahəsində əməkdaşlığı nəzərdən keçirib

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəliblər

Pedaqoji Universitet 40 ixtisaslaşma üzrə yeni proqram hazırlayıb

AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər

Azərbaycan uzunmüddətli investisiya tərəfdaşlıqlarını inkişaf etdirmək niyyətindədir ŞƏRH

Hafiz Paşayev: Azərbaycanın qarşısında duran məqsədlər 35 il əvvəlkindən tamamilə fərqlidir

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Əməkhaqqı və sosial ödənişlərin artırılması iqtisadi fəallığa müsbət təsir göstərə bilər – AÇIQLAMA

Dövlət məktəblərində çalışan ən gənc müəllimin 19 yaşı var – MÜTDA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Gəncə–Daşkəsən iqtisadi rayonunda məskunlaşma prosesləri öyrənilib

Dillər arasında körpü: Azərbaycan–urdu ədəbi tərcümələrinin təqdimatı

Dünya bazarında neftin qiymətini yalnız təklif müəyyən etmir

Zöhrə Əliyeva: “Qaya” sadəcə bir ansambl deyil, mahnı teatrıdır

Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf – ŞƏRH

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

Dünya Bankı ilə “FIN-GROW” layihəsinin əsas istiqamətləri üzrə fikir mübadiləsi aparılıb

Agentlik: Bu günə qədər 7 minə yaxın müəllimin müsahibəsi yekunlaşıb

Azərbaycanda duru bitki yağları istehsalı 36 faiz artıb – QRAFİK

“Booking.com” mühəndisi Ləman Məmmədova: Süni intellekt proqramçıların iş formasını artıq dəyişib - MÜSAHİBƏ

Azərbaycan Sahibkarlar Konfederasiyası “Bir kəmər, bir yol” Qlobal Forumuna üzv qəbul edilib

“PAŞA Holdinq”: Maliyyə bazarlarının inteqrasiyası region iqtisadiyyatlarının böyüməsi üçün yaxşı addım olar

Avropa İttifaqı ilə Azərbaycanın regional bağlantılarda rolu və Orta Dəhlizin imkanları dəyərləndirilib

Avrokomissar: Azərbaycanın regional bağlantıların inkişafı ilə bağlı iddialı planları var

Bu il MİQ vasitəsilə neçə müəllim işə qəbul edilib?

Umud Mirzəyev: BMT Komitəsinin sənədində itkin azərbaycanlılarla bağlı mühüm məsələlər yer alıb

® ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib

Şəhərlərarası 5, eləcə də paytaxtın 2 şəhərətrafı marşrutu üzrə müsabiqələrin qalibləri müəyyənləşib

Vüqar Rəhimzadə: YAP VIII Qurultayda qarşıya yeni hədəflər və vəzifələr qoyur

“Sabah”ın futbolçusu Azərbaycanın U-20 millisinin heyətindən çıxarılıb

Konqoda Ebola virusundan ölənlərin sayı 4018-ə çatıb

Bahar Muradova: Yeni Nizamnamə müasir və çevik partiya quruculuğunun hüquqi əsaslarını müəyyənləşdirir

Ağdam Sənaye Parkında yağ istehsalı müəssisəsi yaradılır

Azərbaycanın dövlət ümumi təhsil müəssisələrində 121 mindən çox müəllim çalışır

Xəzər dənizi və Orta Dəhliz: Aktau şəhərində Azərbaycan-Qazaxıstan forumu keçirilib

Avropa İttifaqı Şurasının üzvləri Şuşada olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Şuşada olublar VİDEO

Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Goranboy, Mingəçevir və Yevlax sakinlərinin elektrik enerjisi ilə bağlı müraciətləri dinlənilib

Həsən Həsənov: Azərbaycanın dövlət müstəqilliyini qorumaq və möhkəmləndirmək əsas vəzifədir

Yəməndə aclıq səviyyəsi sürətlə artır

Müdafiə sektorunda kibertəhlükəsizlik üzrə sektorial görüş olub VİDEO

Müdafiə sektorunda kibertəhlükəsizlik üzrə sektorial görüş olub VİDEO

Azərbaycanın “UNECode” komandası Şanlıurfada keçirilən “TEXNOFEST”də qələbə qazanmağı hədəfləyir

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyun tarixli 196 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Bakı Metropoliteni” QSC-yə yeni səlahiyyət verilib

Yeni Azərbaycan Partiyasının Nizamnaməsinə təklif edilən dəyişikliklər təsdiqlənib

YAP Təftiş Komissiyasının tərkibi yekdilliklə təsdiqlənib

Pərviz Şahbazov: Ötən il Azərbaycandan Avropaya 12,8 milyard kubmetr qaz tədarük edilib

Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin tərkibi təsdiqlənib

Azərbaycanın və Türkiyənin müdafiə nazirləri "ADEX 2026" sərgisini ziyarət ediblər

Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb

Konstitusiya Məhkəməsinin nümayəndə heyəti Özbəkistanda səfərdə olub

Sərxan Həşimov: CAMCA Forumu Azərbaycanın regional əhəmiyyətini bir daha nümayiş etdirir VİDEO

Sərxan Həşimov: CAMCA Forumu Azərbaycanın regional əhəmiyyətini bir daha nümayiş etdirir VİDEO

Nizami Səfərov: YAP-ın Nizamnaməsinə təklif edilən dəyişikliklər müasir dövrün reallıqlarından qaynaqlanır

Nazir Məcnun Məmmədov Saatlıda pambıq yığımı prosesində iştirak edib, fermerlərlə görüşüb VİDEO

Nazir Məcnun Məmmədov Saatlıda pambıq yığımı prosesində iştirak edib, fermerlərlə görüşüb VİDEO

Renat Dadaşov Litva ilə matçda oynaya bilər

“Şirvangöl” şadlıq sarayında saxta “Sobranie” araqları müsadirə edilib

Dövlət qulluğunda A və B növü vəzifələr üzrə test imtahanına qeydiyyat başlayıb