AMEA-nın bir sıra elmi müəssisələri Mərakeş Krallığının Milli Kitabxanası ilə əməkdaşlıq edəcək
Bakı, 2 oktyabr, AZƏRTAC
Oktyabrın 2-də XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində AMEA-nın bir sıra elmi müəssisələrinin Mərakeş Milli Kitabxanası ilə əməkdaşlıq memorandumunun imzalanma mərasimi keçirilib.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, Azərbaycan Milli Kitabxanası və Mərakeş Krallığının Milli Kitabxanası arasında üçtərəfli əməkdaşlıq memorandumları imzalanıb. Daha sonra AMEA-nın Mərkəzi Elmi Kitabxanası ilə Mərakeş Krallığının Milli Kitabxanası arasında əməkdaşlıq memorandumu imzalanıb.
Qeyd olunan sənədlər qurumlar arasında qarşılıqlı əlaqələrin genişlənməsinə, kitab və informasiya mübadiləsinə zəmin yaradacaq.