AMEA-nın Dendrologiya İnstitutu koronavirusa qarşı dezinfeksiya edilib
Bakı, 17 mart, AZƏRTAC
AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin “Koronavirusla bağlı profilaktik tədbirlər haqqında” sərəncamının icrasını təmin etmək məqsədilə Dendrologiya İnstitutunda martın 16-17-də dezinfeksiya işləri aparılıb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, bağın ərazisindəki giriş və çıxışlar, konfrans zalı, yeməkxana, laboratoriya korpusunun bütün otaqları və dəhlizlər xüsusi preparatlarla təmizlənib. İnfeksiyanın yaratdığı fəsadlar və ondan qorunma yolları barədə əməkdaşlar məlumatlandırılıb.
Bundan əlavə, qrip əlaməti müşahidə olunan işçilərin işə davamiyyətinin məhdudlaşdırılması və onların dərhal həkimə getmələri tövsiyə edilib, təqaüd yaşlı işçilərin işə davamiyyətində güzəştli davamiyyət rejimi tətbiq olunub, ezamiyyətlər müvəqqəti olaraq dayandırılıb.