AMEA-nın təcrübə-sənaye zavodunda iməcilik keçirilmişdir
Bakı, 19 may (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyasının təcrübə-sənaye zavodunda iməcilik keçirilmişdir.
Akademiyadan AZƏRTAC-a bildirmişlər ki, iməcilik zamanı zavodun bütün sex və sahələrinin ərazilərində geniş abadlıq, təmizlik işləri aparılmış, yaşıllıq sahələrində yeni ağaclar əkilmişdir. Texnoloji qurğularda, operator otaqlarında abadlıq işləri ilə yanaşı, həm də rəngləmə işləri yerinə yetirilmişdir.
Yaz-yay mövsümündə yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə zavod ərazisi qurumuş otlardan və qamışlardan təmizlənmişdir.
İməcilikdə zavod rəhbərliyi də daxil olmaqla kollektivin bütün üzvləri fəal iştirak etmişdir. Təcrübə-sənaye zavodunda yaxın vaxtlarda daha bir neçə iməciliyin keçirilməsi planlaşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:51]
Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA
- 12.06.2026 [15:31]
Qəbələdə zəlzələ olub
- 12.06.2026 [12:47]
Sabah Bakıda hava əsasən yağmursuz keçəcək, bəzi rayonlarda yağış yağacaq
- 11.06.2026 [17:47]
Qusarın Laza kəndində sürüşmə olub VİDEO
- 11.06.2026 [17:26]