AMEA-nın Torpaqşünaslıq və Aqrokimya ilə Dendrologiya institutları birgə tədqiqatlar aparacaq
Bakı, 1 iyul, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA)Torpaqşünaslıq və Aqrokimya institutunun direktoru, akademiyanın müxbir üzvi Əlövsət Quliyev və elmi müəssisənin bir qrup əməkdaşı Dendrologiya İnstitutunda olub.
Dendrologiya İnstitutundan AZƏRTAC-a bildirilib ki, direktor, AMEA-nın müxbir üzvü Tofiq Məmmədovla keçirilən görüşdə gələcəkdə birgə çoxsaylı innovativ layihələrin reallaşdırılması barəsində fikir mübadiləsi aparılıb. Qonaqlar institutun Bitki ekologiyası laboratoriyasında aparılan tədqiqat işləri ilə tanış olublar. Birgə tədqiqatlar zamanı ekzotların təbiiləşməsində yerli bitki qruplaşmalarının transformasiyası ilə bağlı olan ağac bitkilərinin introduksiyasının gələcəkdə ekoloji nəticələrinin qiymətləndirilməsi və müasir elmi innovativ yeniliklərdən istifadənin zəruriliyi vurğulanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [15:51]
Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub
- 07.10.2026 [15:31]
Ekspert: Müəllim üçün geyim standartı vahid forma demək deyil
- 07.10.2026 [14:23]