Amerikalı rejissor Kristofer Makquarri film çəkilişləri üçün İstanbula gəlib
Bakı, 25 iyul, AZƏRTAC
Hollivud ulduzu Tom Kruzun baş rolda oynayacağı “Missiyamız təhlükədir: Ölümcül qarşılaşma” serialının ikinci hissəsi üçün İstanbula gələn çəkiliş qrupu Qapalı çarşıda araşdırmalar aparıb.
AZƏRTAC xəbər verir ki, amerikalı ssenarist, rejissor və prodüser Kristofer Makquarri planlaşdırdığı çəkilişlər üçün komandası ilə birlikdə Qapalı çarşını gəzib.
Qapalı çarşıda keçiriləcək çəkilişlər üçün bazar günü baş tutan ekspedisiya bir iş yerinin təhlükəsizlik kamerasına da düşüb.
Görüntülərdə papaq geyindiyi müşahidə edilən Makquarri ilə yoldaşlarının bazar günü bağlanan tarixi bazarı ziyarət etdiyi görülüb.
Ceyms Bond filmlərinin bəzi səhnələri əvvəllər Qapalı çarşıda çəkilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [12:10]
Şair-publisist Dəyanət Osmanlının yeni nəşrləri oxuculara təqdim edilib
- 29.09.2026 [11:24]
Peru radiosunda Üzeyir Hacıbəyliyə həsr olunmuş xüsusi veriliş yayımlanıb
- 29.09.2026 [11:20]
“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir
- 29.09.2026 [03:50]