ANAMA: Ötən həftə işğaldan azad edilmiş ərazilərdə 40 partlamamış hərbi sursat aşkarlanıb
Bakı, 25 sentyabr, AZƏRTAC
Sentyabrın 18-dən 24-dək Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə 379,9 hektar ərazini mina və partlamamış hərbi sursatlardan təmizləyib.
AZƏRTAC xəbər verir ki, bu barədə ANAMA tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumatda bildirilir.
Məlumata əsasən, Tərtər, Ağdam, Laçın, Şuşa, Xocavənd, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarında icra olunan əməliyyatlar nəticəsində ümumilikdə 18 piyada əleyhinə, 11 tank əleyhinə mina və 40 partlamamış hərbi sursat aşkarlanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [17:19]
Karib hövzəsi ölkələri ASAN modelini öyrənir
- 01.10.2026 [17:11]