ANAR ƏLİYEVİN FƏRDİ SƏRGİSİ XARKOVUN MƏDƏNİ HƏYATINDA HADİSƏYƏ ÇEVRİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Xarkov İncəsənət Muzeyinin sərgi salonlarında istedadlı həmvətənimiz, rəssam Anar Əliyevin fərdi sərgisi böyük uğurla keçir. Sərgi Respublika gününə həsr olunmuşdur.
Təşkilatçılardan biri Xarkovdakı “Dostluq” Azərbaycan-Ukrayna dostluğu cəmiyyətidir.
Anar Əliyevin yaradıcılığında Azərbaycan rəssamlıq məktəbi ənənələri, orta əsrlər miniatür sənəti və müasir cərəyanların təsiri vəhdət təşkil edir. Onun Ukraynada çəkdiyi mənzərə tablolarında və natürmortlarda Vətən sevgisi duyulur.
Dərin məzmun, parlaq rənglər, plastik formanın vəhdət şəklində ümumiləşdirilməsinə və lakonikliyinə çalışmaq A.Əliyevə xas keyfiyyətlərdir və ona Azərbaycanın və Ukraynanın hüdudlarından uzaqlarda şöhrət qazandırmışdır.
Sərginin açılışında “Dostluq” cəmiyyətinin musiqi kollektivi nümayəndələrinin ifasında Azərbaycan mahnıları səslənmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]